Icma.az
close
up
RU
İsrail ordusu Suriyanın Livanla sərhədindəki hərbi obyektlərə zərbələr endirib

İsrail ordusu Suriyanın Livanla sərhədindəki hərbi obyektlərə zərbələr endirib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə zərbələr endirib, Livanın şiə təşkilatı Hizbullah ilə əlaqəli hərbi obyektləri hədəfə alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya ilə Livan arasındakı sərhəd-keçid məntəqələrinin yaxınlığında yerləşən və Hizbullah tərəfindən Suriyadan Livana silah qaçaqmalçılığı üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktura kəşfiyyat xarakterli zərbələr endirib”, - deyə bəyanatda bildirilir.

İsrail tərəfinin fikrincə, bu halda söhbət Livanda atəşkəs razılaşmasının Hizbullah tərəfindən pozulmasından gedir. “Zərbə atəşkəs qüvvəyə mindikdən sonra Hizbullah tərəfindən Suriyadan Livana silah qaçaqmalçılığının aşkarlanmasından sonra baş verib və atəşkəs razılaşmasını pozaraq İsrail dövləti üçün təhlükə yaradılıb”, - deyə mətndə qeyd olunub.

İsrailə görə, Hizbullah Suriya hakimiyyətinin dəstəyindən istifadə edir və “terrorçuluq fəaliyyəti və İsrail sakinlərinə qarşı istifadə edilən silahların qaçaqmalçılığı üçün mülki infrastrukturdan istifadə edir”. “İsrail Müdafiə Qüvvələri atəşkəs sazişinin müddəalarını pozan İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyət göstərməyə davam edəcək”, - deyə hərbçilər qeyd edib.

İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib. ABŞ prezidenti Co Bayden bəyan edib ki, yəhudi dövləti ilə Hizbullah arasında razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən respublika ərazisi üzərində nəzarətin bərpasını nəzərdə tutur. Bundan sonra İsrail ordusu tədricən Livandan çəkiləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri