İsrail ordusuna Qəzzada hazırlıqları artırmaq əmri verildi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində müdafiə naziri Yisrael Katz ordunun Qəzzada bütün mümkün ssenarilərə hazırlığını artırmağı tapşırıb.
Turkustan.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Katz HƏMAS-ın Qəzzada İsrail əsgərlərinə qarşı hücum hazırladığı barədə kəşfiyyat məlumatı aldıqlarını iddia edib.
Katz ordudan ən pis ssenarilərə hazır olmağı tələb edib. O, mümkün hücum halında Qəzza əhalisinin “qeyri-mütənasib qiymət ödəyəcəyini” bildirib.
İsraildə seçkilər yaxınlaşdıqca yerli media Təl-Əviv hökumətinin Qəzza və Livana qarşı hərbi əməliyyatları genişləndirə, həmçinin İrana qarşı yeni hücumlara başlaya biləcəyini yazır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:İsrail ordusuna “dayan” əmri verildi
04 Oktyabr 2025 14:36
İsrail ordusuna İranı vurmaq əmri verildi
24 İyun 2025 12:18
İsrail ordusuna Qəzzaya hücum əmri verildi
13 Avqust 2025 22:16
İsrail ordusuna “təcili döyüşə hazır ol” əmri verilib
08 Mart 2025 12:23
Qəzzada İsrail mayoru öldürüldü
27 Dekabr 2024 10:36
Baxış sayı:129
Bu xəbər 06 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















