İsrail ordusunun döyüş sursatı 10 günə tükənə bilər
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail ordusunun döyüş sursatları 10 gündən sonra tükənə bilər.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrailin keçmiş müdafiə naziri və müxalif "Evimiz İsrail" partiyasının lideri Aviqdor Liberman deyib.
A.Libermanın sözlərinə görə, İsrail hökuməti yalnız seçki kampaniyası ilə məşğul olduğu bir vaxtda Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nəzarəti gücləndirir və raket istehsal edir.
"10 gündən sonra ordunun döyüş sursatı qalmayacaq. HƏMAS-ın bərpası artıq başlayıb", — deyə A.Liberman bildirib.
Qeyd edək ki, İsraildə növbəti parlament seçkiləri ən geci 2026-cı il oktyabrın 27-nə təyin edilsə də, koalisiya daxili münaqişələr səbəbindən parlamentin vaxtından əvvəl buraxılması prosesi başladılıb. Parlament buraxılacağı təqdirdə seçkilər oktyabrın əvvəlinə keçirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 05 İyul 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















