İsrail ordusunun Qəzzanın cənubunda bir evə hücumu nəticəsində iki fələstinli həlak olub
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
İsrail ordusunun Qəzza zolağının cənubunda yaşayış binasını vurması nəticəsində iki fələstinli həlak olub. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Fələstin anklavının cənub hissəsində yerləşən Rəfah şəhərinin şimalındakı ərazidə yaşayış binasını bombalayıb. WAFA qeyd edib ki, mülki vətəndaş və onun həyat yoldaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.
Ötən il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsindən və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və zolağında hərbi əməliyyata başlayıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















