Qəzzanın cənubunda hava hücumları nəticəsində 13 fələstinli həlak olub
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə aviazərbələr endirməsi nəticəsində azı 13 fələstinli ölüb, daha onlarla yaralı var.
"Report"un WAFA-ya istinadən verdiyi xəbərə görə, mərmilər köçkün ailələrinin sığındığı çadıra da düşüb.
Xan Yunisin bölgələrinə, o cümlədən Batn əs-Səminə endirilən zərbələrdə İsrailə məxsus pilotsuz təyyarələrdən də istifadə edildiyi vurğulanır.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirib. Baş nazir Benyamin Netanyahunun Dəftərxanası bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtinası ilə izah edib və əməliyyatın məqsədinin anklavda saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni təqsirləndiriblər.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 İyun 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















