İsrail PUA ları Dəməşqdəki hərbi mövqelərə zərbələr endirib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) Suriya paytaxtı Dəməşq yaxınlığındakı hərbi hədəfləri vurub.
Reyting.az xəbər verir ki, bu barədə “Şam TV” məlumat yayıb.
Telekanalın məlumatına görə, zərbələr şəhərin cənub-qərbindəki Masaken əs-Sabura məhəlləsi yaxınlığındakı hərbi mövqelərə endirilib. Hücumun nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
V. QULİYEV

