Icma.az
close
up
RU
İsrail Qəzzada əməliyyatların genişləndirilməsi planını yekdilliklə təsdiqləyib

İsrail Qəzzada əməliyyatların genişləndirilməsi planını yekdilliklə təsdiqləyib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin təhlükəsizlik kabineti Qəzzaya hərbi hücumun genişləndirilməsi planını yekdilliklə təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə KİV İsrail rəsmisinə istinadən məlumat yayıb.

Genişlənmiş hərbi əməliyyatın həyata keçirilməsinin yalnız ABŞ prezidenti Donald Trampın gələn həftəyə planlaşdırılan regiona səfərindən sonra gözlənildiyi iddia edilir. Həmin vaxta qədər İsrail tərəfi HƏMAS ilə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün səy göstərmək niyyətindədir.

Hərbi aspektlərə əlavə olaraq, təhlükəsizlik kabineti Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etmək üçün yenilənmiş planı təsdiqləyib. HƏMAS-ın humanitar yardımı öz yaraqlılarına yönəltmək imkanlarını minimuma endirmək üçün paylama mexanizmi əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Naziri Itamar Ben Gvir bu humanitar planın əleyhinə səs verən yeganə şəxs olub. Nazirlər Kabinetinin qərarına əsasən, yeni yardımın paylanması planı dərhal deyil, Qəzzadakı vəziyyətdən asılı olaraq, lazım gəldikdə başlayacaq.

Yardım İsrailin Qəzzanın cənubunda yaratdığı xüsusi obyektlərdə veriləcək.

Vəziyyətlə tanış olan İsrail və ərəb rəsmilərinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri yardımın paylanmasında birbaşa rol oynamayacaq, lakin humanitar yardım paylayan özəl podratçılar və beynəlxalq təşkilatlar üçün xarici təhlükəsizlik perimetri təmin edəcək. İsrail hesab edir ki, belə bir üsul HƏMAS-ın yardımı öz silahlı qruplarının ehtiyaclarına yönəltmək imkanlarını xeyli çətinləşdirəcək.

Nazirlər Kabinetinin iclası 7 saat davam edib və onun müavini ilə əvəzlənən Şin Betin rəhbəri Ronen Barın iştirakı olmadan keçirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 May 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri