İsrail Qəzzada məcburi köçkün çadırlarını hədəf alıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Bureyc Qaçqınlar Düşərgəsində məcburi köçkünlərin çadırına təşkil etdiyi hava hücumunda biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əqsa Şəhidləri Xəstəxanası məlumat yayıb.
Belə ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belah şəhərindəki Büreyc Qaçqınlar Düşərgəsini bombalayıb.
İlkin məlumata görə, köçkünlərin çadırlarına edilən hücumda biri qız olmaqla 3 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzzada 2 milyon 300 min fələstinlinin 2 milyonu didərgin düşüb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 15 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















