İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
Icma.az bildirir, Apa.az portalına istinadən.
İsrail ordusu Qəzzanın evakuasiyasını qaçılmaz hesab edir.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adrae bəyanat verib.
“Qəzza şəhərinin evakuasiyası qaçılmazdır və buna görə də cənub tərəfə hərəkət edən hər bir ailə ən çox humanitar yardımları alacaq. İsrailin müdafiə naziri çadırların və humanitar yardımların paylanması üçün xüsusi mərkəzlərin hazırlanmasına başlayıb” bəyanatda qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin təhlükəsizlik kabineti Qəzzanın tamamilə ələ keçirilməsi ilə bağlı qərarı təsdiq edib.
İsrail əməliyyatlar səbəbindən əhalini Qəzzanın cənub bölgəsinə doğru hərəkət etməyə çağırıb.

İsrail Qəzzanın cənubunda mühasirəni tamamladı
23 Mart 2025 20:31
İsrail hökuməti Qəzzanın işğalını dəstəkləyib
05 May 2025 12:26
İsrail ordusu Qəzzanın şimalını bombaladı
30 Dekabr 2024 12:54
İsrail qoşunlarını Qəzzanın mərkəzindən ÇIXARDI
09 Fevral 2025 20:02
İsrail ordusu Qəzzanın neçə faizinə nəzarət edir?
04 İyul 2025 21:32

