İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Berzi bölgəsində yerləşən hərbi obyektə raket zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə “Sham” telekanalı məlumat yayıb.
Məlumata görə, hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayış səsi eşidilib.
Hava hücumuna məruz qalan obyekt keçmiş Suriya ordusuna məxsus olub.
Suriyanın “Il-Ikhbaria” telekanalının məlumatına görə isə, İsrail Ordusu Həma və Homsdakı hərbi aerodromların ətrafındakı ərazilərə hücum edib
Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:İsrail Suriyanın 12 mövqeyinə hücum edib
16 Dekabr 2024 13:28
İsrail Suriyanın cənubuna hücum etdi
30 İyul 2025 04:18
İsrail ordusu Suriyanın Homs şəhərinə hücum edib
21 Fevral 2025 08:57
İsrail Suriyanın cənubuna hücumlar edib
03 Aprel 2025 10:39
İsrail Suriyanın şimalında, Hələbdəki hərbi zavodlara hücum edib
03 Yanvar 2025 05:06
Baxış sayı:122
Bu xəbər 02 Aprel 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















