İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? Müdafiə Komitəsindən ilginc təklif AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
“Türkiyə ilə mümkün münaqişəyə qarşı İsrailin müdafiə qabiliyyətini gücləndirmək üçün hərtərəfli hazırlıq görülməlidir”.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrail Müdafiə Komitəsi tərəfindən yayımlanan hesabatda bildirilib.
İsrail hökuməti tərəfindən qurulan komitənin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı hazırladığı hesabatdaT ürkiyə ilə müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq da yer alıb. İsrailin belə bir mümkün vəziyyətə hazır olması vurğulanıb.
Hesabatda Türkiyənin suriyalı qruplarla ittifaqının İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yarada biləcəyi qeyd edilib. “Suriyadan gələn təhlükə İrandan gələn təhlükədən daha təhlükəli ola bilər”, -deyə hesabatda bildirilib.
Komitə ölkənin təhlükəsizliyi üçün yeni strateji addımların atılmasını tövsiyə edib və uzun mənzilli hücum imkanlarını artırmaq üçün əlavə F-15 döyüş təyyarələri, yanacaq dolduran təyyarələr, pilotsuz uçuş aparatları və peyklərin alınmasını məsləhət görüb.
Həmçinin “Dəmir Qübbə”, “David's Sling” və “Arrow” kimi hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Yanvar 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















