İsrail və ABŞ İrana qarşı yeni zərbələr planı hazırlayıb
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
ABŞ və İsrail hərbçiləri, ABŞ Konqresinə keçiriləcək noyabr aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin bərpası üçün planlar hazırlayıblar. Oxuməni. az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır: "Ehtimal olunan hədəflər İranın enerji infrastrukturu, nüvə obyektləri, həmçinin raket və pilotsuz uçuş aparatları (PUA) arsenalı olacaq".
Bununla belə, mənbələrin sözlərinə görə, potensial zərbələr neft emalı zavodlarına və neft infrastrukturuna toxunmayacaq, çünki ABŞ prezidenti Donald Tramp yanacaq qiymətlərinin daha da artmasının qarşısını almaq istəyir.
Məqaləyə görə, söhbət "qısa, lakin intensiv əməliyyat"dan gedir və ABŞ ilə İsrail hərbçiləri zərbə manevrlərini məşq edərək təlimləri intensivləşdiriblər.
Bundan əlavə, qəzetin məlumatına görə, Pentaqonun rəhbəri Pit Hegset bu həftə İsrailin Baş naziri Binyamin Netanyahu ilə yeni zərbələri müzakirə etmək üçün görüşüb.
Buna baxmayaraq, nəşrin fikrincə, müharibənin potensial bərpasının fevral-aprel aylarındakı intensiv ABŞ-İsrail zərbələrinin ilk mərhələsindən daha uğurlu olacağına şübhə etmək üçün əsaslar var.
"The New York Times" vurğulayır ki, ABŞ liderinin dəfələrlə ciddi hərbi əməliyyatların bərpası planlarına veto qoyduğunu xatırladaraq, "cənab Trampın yeni zərbələri təsdiqləyəcəyi də heç də dəqiq deyil".
ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 22 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















