Icma.az
close
up
RU
Ərdoğandan İsrail Yunanıstan Cənubi Kipr razılaşmalarına sərt reaksiya

Ərdoğandan İsrail Yunanıstan Cənubi Kipr razılaşmalarına sərt reaksiya

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası arasında imzalanan son razılaşmalara münasibət bildirib.

Türkiyə Prezidenti bu cür təşəbbüslərin Ankara üçün heç bir hüquqi və siyasi əhəmiyyət daşımadığını vurğulayıb. Onun sözlərinə görə, sözügedən razılaşmalar Türkiyənin mövqeyinə və siyasətinə təsir göstərməyəcək.

Ərdoğan qeyd edib ki, Türkiyə öz hüquq və maraqlarından heç vaxt geri çəkilməyəcək:

“İstər Şərqi Aralıq dənizində, istər Egey dənizində, istərsə də başqa bir bölgədə olsun – biz nə kiminsə haqqını yeyərik, nə də öz haqqımızı yedirərik”, – deyə Prezident bildirib.

Kipr məsələsinə də toxunan Türkiyə lideri Kipr türklərinin hüquq və maraqlarının Ankaranın qırmızı xətti olduğunu vurğulayıb:

“Kipr türklərinin hüquq və maraqlarının qəsb edilməsinə qətiyyən yol vermərik. Müxtəlif razılaşmalar bağlana, imzalar atıla bilər. Bunların heç biri bizi bağlamır və siyasətimizi dəyişmir”, – Ərdoğan deyib.

Prezident İsrailə də sərt mesajlar ünvanlayaraq, Fələstində yaşanan humanitar faciəyə diqqət çəkib:

“Əlində 70 mindən çox fələstinli qardaşımızın qanı olanların hədsizliklərinin bizim üçün ‘teneke tıngırtısından’ heç bir fərqi yoxdur”, – deyə o bildirib.

Türkiyənin təxribatlara uymayacağını qeyd edən Ərdoğan dövlət siyasətinin təmkin və qərarlılıq üzərində qurulduğunu vurğulayıb:

“Oyuna gəlmədik, gəlməyəcəyik. Təxribatlara uymadıq, uymayacağıq”.

Çıxışının sonunda Türkiyə Prezidenti ölkəsinin beynəlxalq hüquq və ikitərəfli razılaşmalar çərçivəsində hərəkət etməyə davam edəcəyini bildirib:

“Türkiyə olaraq, beynəlxalq hüquq və razılaşmalar çərçivəsində, tarixi təcrübəmizə və dövlətçilik ənənəmizə uyğun şəkildə vakar və sağlam düşüncə ilə yolumuza davam edəcəyik”.

Qeyd edək ki, Ərdoğanın bu açıqlamaları Şərqi Aralıq dənizində artan geosiyasi gərginlik və İsrail–Yunanıstan–Cənubi Kipr xətti üzrə formalaşan yeni əməkdaşlıqlar fonunda Türkiyənin dəyişməz və prinsipial mövqeyini bir daha nümayiş etdirir.

Serdar Şengül

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri