İsraildə məktəblər bağladı Bir neçə bölgədə qapalı zona yaradıldı
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusu Suriyada baş verən hadislər fonunda Qolandakı bir neçə bölgəni qapalı zona elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun yüksək rütbəli hərbçiləri məlumat veriblər. Ərazidə yerləşən bütün məktəblərdə dərslər dayandırlıb, tədris distant rejmə keçirilib.
Xatırladaq ki, Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş "Altı günlük müharibə" zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etsə də, beynəlxalq təşkilatlar bu ərazini işğal olunmuş Suriya ərazisi hesab ediblər. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















