İsraildə siyasi dönüş Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Prezidenti İsxak Hersoq noyabrın 7-də axşam saatlarında yeni hökumətin qurulmasını “Yaşar” partiyasının sədri Qadi Ayzenkota həvalə etmək qərarını açıqlayıb.
Bu qərar Knessetin 26-cı çağırışına keçirilən seçkilərdən sonra hakimiyyət dəyişikliyinə yol açır. Lakin gələcək baş nazir hökumət kabinetinin təsdiqlənməsi üçün hələ lazımi dəstəyi təmin etməlidir.
Bu barədə “14-cü kanal” məlumat yayıb.
Ayzenkot Netanyahudan daha çox deputatın dəstəyini alıb
Qərar prezidentin parlament fraksiyaları ilə keçirdiyi məsləhətləşmələrin və son günlər apardığı əlavə danışıqların nəticəsində qəbul edilib.
Ayzenkotun namizədliyini Knessetin 67 deputatı dəstəkləyib. Hazırkı baş nazir Benyamin Netanyahunun namizədliyinə isə cəmi 46 deputat dəstək verib. Ultraortodoks siyasi qüvvəni təmsil edən daha 7 deputat namizədlərdən heç birini tövsiyə etməyib.
Mandatın rəsmi təqdimetmə mərasimi noyabrın 8-də, bazar günü saat 17:00-da Qüdsdə prezident iqamətgahında keçiriləcək. Bundan sonra Ayzenkotun yeni hökuməti formalaşdırmaq üçün 28 günü olacaq.
Hökumət haqqında Əsas Qanuna əsasən, danışıqlar müəyyən edilmiş müddətdə başa çatmasa, prezident əlavə vaxt verə bilər. Bu müddətin maksimum həddi 14 gündür.
Yeni hökumətin qurulması asan olmayacaq
Prezidentlə məsləhətləşmələr zamanı deputatların əksəriyyətinin Ayzenkotu dəstəkləməsinə baxmayaraq, dayanıqlı koalisiyanın yaradılması mürəkkəb məsələ olaraq qalır. Baş nazirliyə namizədin tövsiyə edilməsi həmin partiyaların avtomatik olaraq hökumətə qoşulmağa hazır olması demək deyil.
Mümkün ssenarilərdən biri azlıq hökumətinin yaradılmasıdır. Belə hökumət koalisiyaya daxil olmayan deputatların kifayət qədər dəstəyi ilə fəaliyyətə başlaya bilər. Sağ düşərgədə hesab edirlər ki, Ayzenkot yaxın günlərdə bu variantı reallaşdırmağa çalışacaq.
“Likud” və digər sağçı partiyalar ərəb və ya ultraortodoks fraksiyaların dəstəyindən asılı olacaq hökumətin yaradılmasına mane olmağa hazırlaşırlar. Bunun üçün danışıqlarda iştirak edən partiyaların ayrı-ayrı deputatlarına təzyiqin artırılması planlaşdırılır.
Xüsusi diqqət “Bəyahad” partiyasından Yonatan Şalevə, eləcə də “Yaşar” partiyasından İnbar Gitiyə və Elisaf Peretsə yönəlib. Sağ blok hesab edir ki, bu deputatların mövqeyi azlıq hökumətinin yaradılması ilə bağlı səsvermənin nəticəsinə təsir göstərə bilər.
Hələlik həmin üç deputat belə bir ssenariyə münasibətlərini açıq şəkildə bildirməyiblər. Onların sonrakı qərarları Ayzenkotun planlarının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.
Bundan əvvəl Netanyahunu bütün milli düşərgə partiyalarını və sionist siyasi qüvvələri əhatə edən milli birlik hökumətinin yaradılmasına çağırıb. O, ərəb partiyalarının dəstəyindən asılı olacaq kabinetin qurulmasının təhlükəli olduğunu bildirib.
Ayzenkot isə daha əvvəl milli fövqəladə vəziyyət hökumətini mümkün qədər tez formalaşdırmaq niyyətində olduğunu açıqlamışdı. Belə hökumətin ilkin əsasını dəyişikliklər blokuna daxil olan və ümumilikdə 48 mandatı olan dörd partiya təşkil etməlidir.
Nadir
Post navigationPrevious: Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Noyabr 2026 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















