İsraildə Netanyahunun siyasətdən getməsi istənilir Sosial sorğu
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun siyasətdən getməsinin və növbəti parlament seçkilərində iştirak etməməsinin vaxtının çatdığını düşünürlər.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu "Channel 12" telekanalının sorğusunun nəticələri təsdiqləyib.
Araşdırmaya əsasən, respondentlərin 59 %-i hesab edir ki, Netanyahu seçkilərdə yenidən namizədliyini irəli sürməməlidir. Sorğuda iştirak edənlərin 33 %-i əks fikirdədir, daha 8 %-i isə cavab verməkdə çətinlik çəkib.
Sorğu zamanı iştirakçılardan hakim "Likud" partiyasının rəhbəri vəzifəsində Netanyahunu kimin əvəz etməli olduğunu göstərmələri istənilib.
Ən böyük dəstəyi İsrailin iqtisadiyyat naziri Nir Barkat alıb, onun partiyanın gələcək lideri qismində namizədliyini sorğuda iştirak edənlərin 18 %-i dəstəkləyib.
Daha sonra ədliyyə naziri Yariv Levin (9 %), müdafiə naziri İsrael Kats (7 %) və Knesset spikeri Əmir Ohana (6 %) gəlir.
Telekanal sorğu iştirakçılarının sayı haqqında məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 20 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















