Icma.az
close
up
RU
İsraildə yazılan kitabda sirli 7 rəqəmi: 23 il sonra gerçəklər Suriyada üzə çıxır Sensasion məlumatlar

İsraildə yazılan kitabda sirli 7 rəqəmi: 23 il sonra gerçəklər Suriyada üzə çıxır Sensasion məlumatlar

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Globalinfo.az müstəqil ekspert Çingiz Məmmədovla müsahibəsini təqdim edir:

– Çingiz bəy, ABŞ “Böyük Orta Doğu” projesinin icrasına başladığına dair məlumatlar var. Bu doğrudurmu?

– Mən deyərdim ki, “ABŞ “Böyük Orta Doğu” projesini davam etdirir” söyləsək, daha düzgün olar. Çünki bu layihənin başlaması son on illiklərə deyil, şərti olaraq Osmanlı imperiyasının Birinci Dünya Müharibəsi zamanı dağılması ərəfəsinə, hətta bir qədər də əvvəldən götürə bilərik. Çünki Osmanlı imperiyası XVIII əsrdən zəifləməyə başlamışdı, eyni zamanda Qacar imperiyası zəifləmişdi. Bu layihə Avropa dövlətləri tərəfindən ideoloji əsaslarla hazırlanmışdı. Məsələn, “Says-Piko” sazişi Rusiya, Fransa və İngiltərə tərəfindən Birinci Dünya Müharibəsi ərəfəsində hazırlanmışdı. Artıq Osmanlı imperiyasının necə bölünəcəyi, hansı yeni dövlətlərin yaranacağına dair xəritələr var idi. Bütün planlar istənilən səviyyədə həyata keçirilmir. Heç kim gözləməzdi ki, Rusiyada əvvəl Fevral inqilabı, ardınca isə Oktyabr inqilabı baş verəcək və Rusiya bu layihədən çıxacaq. Məhz Sosialist Rusiya Çar Rusiyasının imperialist planlarından əl çəkməsinin nümunəsi kimi həmin gizli planları, xəritələrı açıqladı. Necə deyərlər, “açdı sandığı, tökdü pambığı”. Fransa və Böyük Britaniya bütün planlarını istədikləri kimi həyata keçirə bilməsələr də, böyük qismini həyata keçirdilər. Yaxın Şərqin indiki xəritəsi əsasən onların planlarını əks etdirir.

Birinci və İkinci Dünya Müharibəsindən sonra Avropa zəiflədi. ABŞ dünyanın ən güclü dövlətinə çevrilməyə başladı. SSRİ dövründə bu coğrafiyada həm dünya hegemonluğu, həm də söz sahibliyi uğrunda ABŞ və Sovet İttifaqı rəqabət aparırdı. Burada ideologiya da böyük rol oynayırdı. Yaxın Şərq bir çox Asiya, Afrika, Latın Amerika dövlətləri kimi anti-koloniyalizm dövrünü yaşayırdı. SSRİ də sosialist-kommunist ideologiyasından istifadə edərək burada öz maraqlarını güdürdü

Sovet İttifaqı dağıldıqdan sonra bu ölkələrdə islam ideologiyası geniş yer tutmağa başladı.

Çingiz Məmmədov 

– “Böyük Yaxın Şərq” layihəsi nə deməkdir? Hansı coğrafiyaları əhatə edir?

– “Böyük Yaxın Şərq” çox böyük coğrafiyanı əhatə edir. Məsələn, Sudan kimi bir ölkə Afrikada yerləşir, amma o da Böyük Yaxın Şərqin tərkib hissəsidir. Əfqanıstan, Qafqaz ölkələri də bura daxildir. Qərb bir müddət Balkanlarda, Kosovada baş verən proseslərdə qətiyyətli mövqe tutmamışdı. Amma orada Türkiyə, xüsusilə İran təbliğatının gücləndiyini görərək, hərəkətə keçdi. Qərbin Kosovodakı qətiyyətinin arxasında bir tərəfdən Rusiya amili dururdusa, digər amil İslam idi. Serblər tərəfindən müsəlmanların sıxışdırılması prosesdə mühüm yer tuturdu.

– ABŞ-ın hegemon ölkə kimi yeni planlar qurduğundan bəhs edirsiniz. Maraqlıdır, bunu bir az daha detallı təhlil edə bilərsinizmi?

– ABŞ faktoru dedikdə iki amili nəzərdə tutmalıyıq. Birincisi, ABŞ-ın dövlət kimi maraqları, ikincisi, ABŞ-ın siyasətinə güclü təsir göstərən İsrail lobbisi. Sirr deyil ki, ABŞ müəyyən dərəcədə İsrail lobbisi tərəfindən idarə olunur.

Hər bir hegemon dövlətin bir nömrəli istəyi öz gücünü, nüfuzunu qoruyub saxlamaqdır. Birləşmiş Ştatlar SSRİ dağıldıqdan sonra əlinə düşən imkanı düzgün dəyərləndirdi. Bu rolu təxminən 30 il ərzində uğurla həyata keçirirdi. İstəyirdi ki, Yaxın Şərqdə də onun bəyəndiyi hakimiyyətlər formalaşsın. Təbii resurslara nəzarət də onun marağında idi. ABŞ-ın Yaxın Şərqdə yaranmış Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrə böyük təsiri var. Məsələn, neftin qiymətini tənzimləməkdə onun siyasi və hərbi gücü böyük rol oynayır. Digər məsələ isə kommunikasiyalara nəzarətdir. Bununla həm də iqtisadiyyatları idarə etmək mümkündür. Donal Tramp artıq bəyan edib ki, Çindən gələn mallara yüksək rüsum qoyacaq. Hətta öz müttəfiqi Kanadaya da rüsum qoyacaq ki, ABŞ iqtisadiyyatı inkişaf edə bilsin. Çünki kapital həmişə işçi qüvvəsi ucuz olan ölkəyə axır. Deyilənə görə, Çində Qərbin 20 mindən çox şirkəti, firması fəaliyyət göstərir. Tramp indi onları rüsum siyasəti ilə geri qaytarmağa çalışır.

İsrail isə özü üçün Yaxın Şərqdə daha komfortlu şərait yaratmaq istəyir. Bunun hesabına imkanı daxilində genişlənməyi, təhlükəsizliyini təmin etməyi planlayır. Təsadüfi deyil ki, indi Suriyada bir növ hakimiyyət vakuumu yaranan kimi, İsrail dərhal Suriyanın cənubuna qüvvə yeritdi və Dəməşqə çox yaxınlaşıb təhdid altında saxlayır.

Benyamin Netanyahu 2001-ci ildə dərc etdiyi “Yaxın Şərqdə terrorizmlə necə mübarizə aparmaq olar” adlı kitabında yazmışdı ki 7 ölkədə hakimiyyət dəyişikliyi baş verməlidir. Terror dedikdə həm həqiqi terror, həm də İsrailə qarşı yönəlmiş hər hansı bir siyasi qüvvəni terrorist adlandırır. Maraqlısı da budur ki, son 20-25 il ərzində onun qeyd etdiyi 7 ölkədən 6-da artıq hakimiyyət dəyişikliyi baş verib. Bu siyahıya İraq, Livya, Somali, Sudan, Livan və Suriya daxildir. Yerdə qalan ölkə isə İrandır.

Unutmaq olmaz ki, heç bir ölkənin hegemonluğu daimi olmur. Əgər belə olsaydı indi Şumer imperiyasında yaşayardıq. Bir dövlət hegemon olur, daxilində baş verən proseslər onu zəiflədir və digər rəqiblər ortaya çıxır. Nəticədə mənzərə dəyişir. İndi də ABŞ-ın əsas rəqibi Çindir. ABŞ-ın bütün sənədlərində Pekin bir nömrəli rəqib kimi təqdim edilir. Digər rəqib isə Rusiyadır. SSRİ dağıldıqdan sonra bir müddət Rusiya öz daxili işləri ilə məşğul olurdu. Birinci Çeçen müharibəsində Rusiya hətta məğlub olmuşdu. Yalnız Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya toparlandı və o da öz iddialarını ortaya qoydu. Suriyada hərbi bazalarını yerləşdirməsi məhz bu iddiaların təzahürü idi

– İndiki konkret şəraitə nəzər salsaq “Böyük Yaxın Şərq”də və Suriyada hansı proseslər gedir?

– ABŞ-ın regionda hegemonluğunu təmin edən bir qüvvə İsrail idisə, digər qüvvə kürdlərdir. Kürdlər 4 vacib Yaxın Şərq ölkəsində böyük miqyasda təmsil olunublar. Bunlar Türkiyə, İran, İraq və Suriyadır. Kürdlərin öz dövləti yox idi. Osmanlı imperiyasının dağılması, Qacar imperiyasının indiki İran dövlətinə çevrilməsi nəticəsində müəyyən dövlətlər yarandı. Amma kürdlərin dövləti yaranmadı. Kürdlərin dövlət yaratmaq iddiaları Qərb və ilk növbədə ABŞ tərəfindən məharətlə istifadə edilir. PKK-nı vaxtilə SSRİ NATO üzvü olan Türkiyəyə qarşı yaratmışdı. Amma SSRİ dağılandan sonra bu separatçı qüvvələr ABŞ-ın himayə və istifadəsinə keçdilər. ABŞ və Qərb kürd separatçılığından hər dörd dövlətə qarşı istifadə edir.

Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsəd öldükdən sonra hakimiyyətə gəlib. O, göz həkimi idi. Hakimiyyətə hərbçi olan böyük qardaşını hazırlayıdılar. Lakin o, qəza nəticəsində həlak oldu. Bundan sonra Bəşər Əsəd istəmədiyi halda hakimiyyətə gəldi. Suriya etnik və dini baxımdan rəngarəngdir. Etnik baxımdan ərəblər, türkmənlər, kürdlər, ermənilər və s. təmsil olunublar. Dini baxımdan sunnülər, şiələr, ələvilər, bir neçə xristian təriqətinin təmsilçiləri, druzlar və s. yaşayırlar Hakimiyyətə gəldiyi ilk ərəfədə Bəşər Əsəd reformalar həyata keçirməyə cəhd etdi. Amma belə bir rəngarəng ölkədə demokratik islahatlar aparmaq mümkün deyildi. Siyasi azadlıq ölkənin bütövlüyünü təhlükə altına aldı. Bəşər Əsədə bəraət qazandırmıram. Amma ədalət naminə demək lazımdır ki, onun ölkədə demokratik islahatlar keçirmək imkanı çox məhdud idi. Hakimiyyətə gələndən dərhal sonra həm iqtisadi, həm də siyasi islahatlar həyata keçirmək istədi. Lakin dərhal gördü ki, onun cəhdləri boşa keçəcək. Əsəd ailəsi ələvilərdəndir. Onlar da şiələrin bir qoludur. Ölkə daxilində cəmi 12-15 faiz əhalini təmsil edirlər. Hakimiyyəti saxlamaq üçün vəzifələrə loyal insanları təyin etmək gərəkdir. Amma loyallıq heç də həmişə professionallıqla qoşa olmur. İşini yaxşı icra etməyi bacarmayan insanlar, təbii ki, korrupsiya, yerlibazlıq, qohumbazlıq və digər eybəcər hərəkətlərə əl atırlar. Nəticədə, Bəşər Əsəd hakimiyyəti dayaqlarını getdikcə itirirdi.

2011-ci ildə ABŞ hərəkətə keçib onu devirmək istədi. Lakin İran və Rusiya Əsədin köməyinə gəldi.

Körfəz dövlətləri də HƏMAS vasitəsilə yardım göstərirdilər. Beləliklə, Bəşər Əsəd hakimiyyətdə qala bildi. Lakin indiki hadisələr göstərdi ki, Rusiya Ukraynadakı müharibəyə görə, zəiflədi, İran “Hizbullah”a əvvəlki kimi dəstək göstərə bilmədi. Bir növ Əsədin dayaqları zəiflədi. Düşünürəm ki, Bəşər Əsəd özü də hakimiyyətdən yorulmuşdu. Çünki ona repressiyaları daha da artırmaq, gücləndirmək təklifləri edilirdi. 2016-cı ildən sonra xüsusilə də İran tərəfindən belə təkliflər verilirdi. Lakin o, buna getmədi. Yenə də ittihamlar irəli sürülürdü ki, guya kimyəvi silahdan istifadə edib. Lakin bir çox araşdırmalardan məlum oldu ki, bu, doğru deyil.

Türkiyənin əsas başağrısı isə kürd separatçılığı idi. Türkiyə də qabaqlayıcı tədbirlər görməyə başladı. Zənnimcə, Türkiyənin hərəkətlərini daha çox özünümüdafiə adlandıra bilərik. ABŞ isə ikitərəfli oyun oynayır. Bir tərəfdən Türkiyəni dəstəkləyir. Digər tərəfdən isə PKK və YPG-yə yardım göstərir. Suriyanın şımalında artıq Türkiyənin dəstəklədiyi qüvvələrlə PKK/YPG qüvvələri arasında döyüşlər gedir. İsrail də öz planlarını həyata keçirir. Əsas məqsədlərdən biri Türkiyənin bu bölgədə güclənməsinə imkan verməməkdir. Yaxın həftələr gərgin olacaq. Burada iki amil əsas rol oynayacaq: Birinci, hərbi və siyasi qüvvələrin nisbəti, ikinci, yerli əhalinin dəstəyi. Yerli əhalinin dəstəyi olmadan hərbi qüvvə kifayət etmir. Məhz buna görə Türkiyə Suriyaya ərəb və türkmən qaçqınlarını qaytarmağa çalışır. Baxaq görək hadisələr necə cərəyan edəcək.

Söhbətləşdi: Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri