İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İsraildə son seçkilərin nəticələri ölkənin siyasi həyatının nə qədər həssas dəngə üzərində qurulduğundan xəbər verir. Seçkilərə qatılan bloklardan heç biri 120 mandatlı Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandat əldə edə bilmədi.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz İsraildə keçirilən seçkiləri şərh edərkən deyib.
“İndiki Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok, son məlumata görə, 53, müxalifət bloku 48, ərəb partiyaları isə 19 deputat çıxara bilib. Nəticədə yeni hökuməti qurmaq heç bir bloka nəsib olmayıb. Halbuki blokların hər biri 5-6 partiyadan təşəkkül tapır.
Seçkilərin indiki nəticələrinə görə, hökumət qurmaq istəyən bloklardan hər hansı biri ya müsəlman ərəblərlə əməkdaşlıq etməli, ya da digər bloka daxil olan partiyalardan ən azı 1-i ilə yeni ittifaq qurmalıdırlar. Bu da istər-istəməz İsrailin yeni hökumətini daha həssas vəziyyətə gətirir. İstənilən kiçik bir narazılıq 7-8 partiyalı koalisiya hakimiyyətinin parçalanmasına və siyasi böhranın yaşanmasına yol aça bilər”, - o bildirib.
Politoloqun fikrincə, İsraildəki son seçkilərdə ən çox uğur qazanan qrup müsəlman ərəblər olub:
“Ötən parlament seçkilərində onlar 10 yer qazanmışdılarsa, budəfəki seçkilərdə müsəlman millət vəkillərinin sayı, son məlumata görə, 19-a yüksəlib. Bu isə hardasa 90% artım deməkdir.
Bundan əlavə, İsraildə seçkilərə qatılmayan ortadoks yəhudilərin də sayı kifayət qədər çoxdur. Məlumata görə, təxminən 10 milyonluq İsrail əhalisinin 1.2 milyonunu ortadoks inanclılar təşkil edir. Yəni ölkə əhalisinin 12%-i. Müsəlmanların sayı isə 2 milyondur. Üst-üstə toplayanda belə çıxır ki, əhalinin 32%-i indiki rəsmi siyasəti bəyənmir, rejimin tamamilə iflasını arzulayır.
Bu da azmış kimi, İsraildə demoqrafik artım da müsəlmanların və ortodoks yəhudilərin xeyrinədir. Bəzi ehtimallara görə, 2050-ci ilə qədər ortodoks yəhudilərin sayı İsrail əhalisinin 35%-nə yüksələcək. Yəni indikindən 3 dəfə çox olacaq. Müsəlmanların doğum nisbəti də İsrailin ümumi demoqrafik artımının üstündədir. Belə çıxır ki, 20 il ərzində İsraildə əhalinin 60%-dən çoxu sionist rejimin tamamilə əleyhinə olacaq və nəticədə ordu gücü tamamilə zəifləyəcək”.
Heydər Oğuz hesab edir ki, İsraildə qurulan hökumətlərin olduqca aqressiv siyasət yürütməsinin əsas səbəbi də onu gözləyən bu təhlükə ilə birbaşa bağlıdır:
“Əsasən, sionist düşüncəli yəhudilər ona görə ölkələrinin müsəlman əhalidən “təmizlənməsini” istəyirlər ki, onlar bir müddətdən sonra İsrailin tamamilə depolitizasiya olunacağından çəkinirlər. Son seçkilərdə nəticələri də onların əndişələrini artırır. Məhz bu səbəbdən də hansı blokun hakimiyyət kürsüsündə oturmasından asılı olmayaraq, növbəti hökumət dövründə biz daha aqressiv sionist siyasətlə qarşılaşa bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 28 Oktyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















