Icma.az
close
up
RU
İsraildən Azərbaycana gələnlərin sayı 3 dəfəyə yaxın artdı

İsraildən Azərbaycana gələnlərin sayı 3 dəfəyə yaxın artdı

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı,  2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib.

Banco.az bu barədə DSK-ya istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan – 2,0 dəfə, Çindən – 1,7 dəfə, İordaniyadan – 45,6 faiz, Hindistandan – 32,9 faiz, Qırğızıstandan – 32,1 faiz, İspaniyadan – 28,8 faiz, Yaponiyadan – 26,7 faiz, Pakistandan – 22,5 faiz, ABŞ-dan – 20,2 faiz, Qazaxıstandan – 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 16,6 faiz, Kanadadan – 15,5 faiz, Niderlanddan – 10,7 faiz, İtaliya və Misirdən – 10,0 faiz artıb.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243,0 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,9 faiz azalaraq 632,7 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 16,1 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,7 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://banco.az
archiveBu xəbər 19 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri