İsraildən olan 10 aparıcı turizm şirkətinin ölkəmizə tanışlıq səfəri təşkil edilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən İsraildən olan 10 aparıcı turizm şirkətinin ölkəmizə tanışlıq səfəri təşkil edilib. Səfərin məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və İsrail turizm bazarı ilə əməkdaşlığı gücləndirməkdir.
XQ ATB-yə istinadən xəbər verir ki, sentyabrın 9-da 60 yerli turizm şirkətinin iştirakı ilə şəbəkələşmə və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə B2B tədbiri keçirilib.
İştirakçılar Bakı, Şamaxı və Qəbələnin turizm imkanları ilə tanışlıq çərçivəsində hotellərin inspeksiyası, qolf üzrə master-klas, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, müxtəlif mədəni irs və tarixi məkanlar barədə məlumatlandırılıblar.
2024-cü ildə Azərbaycana 28 955 İsrail vətəndaşı səfər edib. 2025-ci ilin ilk yarısında ölkəmizi 23 534 İsrail vətəndaşı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Azərbaycan Turizm Bürosu turizm imkanlarının daha yaxından tanıdılması məqsədilə bu il İsraildə keçirilən bir sıra mühüm tədbirlərdə iştirak edib. Onların sırasında Hayfa və Təl-Əvivdə təşkil olunan silsilə tədbirlər, Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisi, eləcə də “Tel Aviv EAT” qida festivalı yer alıb.
Müşfiq Mirzə
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















