Icma.az
close
up
RU
İsraildən Trampa: Ərdoğanı ora daxil etməyin

İsraildən Trampa: Ərdoğanı ora daxil etməyin

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Türkiyənin Qəzza zolağındakı rolunu azaltmaq məqsədilə ABŞ administrasiyasından Prezident Donald Trampın yaratmaqda olduğu Sülh Şurasına (BoP) Prezident Rəcəb Tayyib Ərdoğanın daxil edilməməsini xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə məsələ ilə tanış olan iki rəsmi şəxs “Jerusalem Post”a məlumat verib.

Məsələ son həftələrdə Trampın Qəzza ilə bağlı planının icrasının davam etdirilməsinə yönəlmiş İsrail rəsmiləri ilə amerikalı həmkarları arasında aparılan danışıqlar zamanı qaldırılıb. İsrail Tramp planının növbəti mərhələsində Qəzzada yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Türkiyə qoşunlarının iştirakına veto qoyub.

Donald Tramp dekabrın 29-da Mar-a-Laqoda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra məsələ ilə bağlı jurnalistlərin sualını belə cavablandırmışdı:

“Məncə, bu, (Qəzzada Türkiyə qoşunlarının mövcudluğu) yaxşı haldır. Türkiyə əladır. Ərdoğanı çox yaxşı tanıyıram, hamınızın bildiyi kimi, o, mənim yaxşı dostumdur, ona inanıram və hörmət edirəm”.

Nəşr yazıb ki, İsrail son həftələrdə Türkiyənin Qəzzanın bərpasında iştirakını da mümkün qədər məhdudlaşdırmaq üçün də çalışıb. İsraildə belə bir narahatlıq var ki, Türkiyənin humanitar məsələlər və bərpa işlərinə cəlb olunması Ankaraya Qəzza zolağına nəzarətdə əhəmiyyətli mövqe qazandıra bilər.

İsrailin bəzi rəsmiləri də hesab edirlər ki, Ərdoğan Sülh Şurasının üzvü olmalıdır. Bunun səbəblərindən biri də Türkiyənin Misir və Qətərlə yanaşı, HƏMAS-la imzalanmış razılaşmanın təminatçısı olmasıdır. Hələlik Sülh Şurasının tərkibi ilə bağlı yekun qərar verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri