Icma.az
close
up
RU
İsrailə qarşı yeni cəbhə açılır? AÇIQLAMA

İsrailə qarşı yeni cəbhə açılır? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya, Fransa və Kanada İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını dayandırmaması və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmaması halında ona qarşı konkret tədbirlər görməyə hazır olduqlarını bildiriblər.

Xəbərdarlığın hər hansı təsiri olacaqmı? İsrailə qarşı hansı tədbirlər görülə bilər?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu İsrail-HƏMAS müharibəsinin nəticəsi olaraq bu gün Qəzzada yaşananların humanitar baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Onun sözlərinə görə, məsələnin əsas tərəfi HƏMAS-ın indiyədək dəfələrlə İsrailin mülki ərazilərinə hücum edərək ələ keçirdiyi əsirləri geri qaytarmamasıdır:

“Bu isə qarşıdurmanın uzanmasına səbəb olur. Ona görə də bu münaqişənin sona çatması üçün ortaq razılaşma əldə olunması zəruridir. Nəticə etibarilə burada qalib tərəf yoxdur. Əksinə, Orta Şərqdə, xüsusilə də İsrail-Fələstin münasibətlərində vəziyyət daha da mürəkkəbləşir. Təsadüfi deyil ki, Fələstin rəhbəri Mahmud Abbas HƏMAS-a çağırış edərək İsrail əsirlərinin dərhal azad olunmasını tələb etmişdir”.

Deputat qeyd edib ki, bu addım tezliklə atılarsa, bölgədə sülh daha yaxın perspektivdə mümkün ola bilər:

“Lakin həmin coğrafiyada sabitlik yaratmaq asan deyil. Çünki bu ərazi qədim Kənan və Aramiya torpaqlarında minillərdir davam edən münaqişələrin mərkəzidir. Bu səbəbdən də uzunmüddətli və davamlı bir sülh hələlik real görünmür. Əgər biz siyasi təhlil və proqnozlarda tarixi müdaxilələrə əsaslanan yanaşmalardan istifadə edərək indiki hadisələri bu baxımdan analiz etsək, aydın olar ki, ərəb-İsrail qarşıdurmaları təkcə keçmişin deyil, həm də bu günün reallığıdır və hələ də davam edəcək”.

H.Babaoğlu bu səbəbdən Fransa, Böyük Britaniya və Kanada kimi dövlətlərin İsrailə təsir imkanlarının məhdud olduğunu vurğulayıb.

Müsahibimizin fikrincə, digər tərəfdən, İsrailin qərarlarına bilavasitə və ya dolayı şəkildə təsir edə biləcək yeganə güc mərkəzi ABŞ-dir:

“Üstəlik, ABŞ və İsrailin eyni siyasi xətt üzrə hərəkət etməsi müşahidə olunur. Məhz bu səbəbdən, Böyük Britaniya, Fransa və Kanada kimi ölkələr, nə qədər istəsələr də, İsrailin qərarlarına ciddi müdaxilə edə bilməzlər. Lakin humanitar yardım məsələlərində dialoq və əməkdaşlıq yolu ilə müəyyən razılaşmalar əldə etmək mümkündür”.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri