“İsrailə sərt cavab verəcəyik” Xamenei
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Ali Rəhbəri Əli Xamenei İsrailin hücumu barədə danışıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İsrailin hücumları nəticəsində bəzi komandir və elm adamlarının həyatını itirdiyini ifadə edərək, İsrailə sərt cavab verəcəklərini açıqlayıb.
Əli Xamenei İsrailin yaşayış məntəqələrinə hücumu ilə öz şər mahiyyətini göstərdiyini bildirib:
“Bu rejim bilməlidir ki, onu ağır cəza gözləyir. Düşmənin hücumlarında bir neçə komandir və elm adamı şəhid oldu. Onların yerinə gələnlər və həmkarları dərhal öz vəzifələrini yerinə yetirəcəklər”.
İranın Ali Rəhbəri İsrailin bu hücumla özünə ağrılı və əzablı bir aqibət hazırladığını vurğulayıb: “İsrailə sərt cavab verəcəyik. Bu hücum qarşılıqsız qalmayacaq”.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















