Icma.az
close
up
RU
İsrailFələstin münaqişəsi belə yekunlaşacaq: Türkiyənin növbəti hədəfi...

İsrailFələstin münaqişəsi belə yekunlaşacaq: Türkiyənin növbəti hədəfi...

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fələstin dövləti İkinci Dünya müharibəsindən sonra qurulmalıydı”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, İsrail adlı müstəqil dövlət İkinci Dünya müharibəsindən sonra dərhal yaradılsa da, Fələstin dövləti hələ də mövcud deyil:

"Halbuki, Fələstin ərazisində iki dövlət - yəhudi və ərəb dövləti qurulmalıydı. Düzdür, Fələstini dövlət kimi tanıyan ölkələr var. Fələstinin Birləşmiş Millətlər Təşkilatında ayrıca nümayəndəsi də təmsil olunur, hətta futbol komandası da var. Amma bunlar tamhüquqlu Fələstin dövlətinin yaradılmasına gətirib çıxartmayıb”.

Müsahibimiz vurğulayıb ki, bir müstəqil dövlətin qurulması üçün ilk növbədə hərbi güc olmalıdır. Ə.Məmmədli qeyd edib ki, Fələstin hərbi gücə sahib deyil ki, hansısa ərazidə müstəqil dövlətini qursun.

“Son dönəmlərdə Türkiyə Fələstinə dövlət qurmaq məsələsində dəstək verməyə başlayıb” deyən siyasi şəhrçi bildirib ki, amma Türkiyənin ciddi dəstəyi hələlik sadəcə iqtisadi yöndədir. Onun sözlərinə görə, hərbi-siyasi dəstəyin də yaxın dönəmdə gündəmə gəlməsi mümkündür.

Əhəd Məmmədli: Bir müstəqil dövlətin qurulması üçün ilk növbədə hərbi güc olmalıdır

“Fikrimcə, İsrail-Fələstin münaqişəsinin sonu ilk növbədə Qəzza zolağına Türkiyə qoşunlarının yeridilməsi ilə başlayacaq və türk ordusunun Qüdsə girməsi ilə yekunlaşacaq. Bu fikirlər kimlərsə üçün mümkünsüz kimi görünə bilər. Lakin Türkiyənin növbəti hədəfi Suriyada sonra Qüds olacaq. Fələstin dövlətinin qurulması da bundan sonra mümkün hala gələcək", - deyə Əhəd Məmmədli əlavə edib.

Qeyd edək ki, Azərbaycan prezidenti yerli televiziya kanallarında ölkəmizin İsrail-Fələstin məsələsində tutduğu mövqedən də danışıb:

"İsrail-Fələstin məsələsində də bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq".

Dövlətimizin başçısı deyib ki, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk:

"Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq. Biz bunu arzulayırıq və həm də burada İslam liqasının fəaliyyətini əsas götürürük. Çünki bu, daha çox Ərəb dünyasının məsələsidir və burada Ərəb dünyasının təşkilatı - Ərəb Liqasıdır, onun mövqeyi nədirsə, biz də o mövqeyə şərikik. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində biz fəal iştirak etmişik və fəal iştirak edəcəyik. Yəni, bizim mövqeyimiz tam açıqdır".

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, müstəqil, suveren və ərazi bütövlüyü olan Fələstin dövləti mütləq qurulacaq. Ərdoğan qeyd edib ki, ölkəsi Qəzza əhalisinin yükünü yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışır.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri