İsrailin bu ölkəyə hücumları meşə yanğınları başlatdı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərinə “zorakı” hava hücumları geniş meşə yanğınlarına səbəb olub.
Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu səhər saatlarında Yuxarı Nəbatiyə qəsəbəsinin şimal kənarındakı Əli Tahir meşələrini hədəfə alıb.
Hesabatda hava hücumlarında çoxlu raketlərin atıldığı, partlayışların cənubun müxtəlif bölgələrində hiss olunduğu və böyük meşə yanğınlarına səbəb olduğu bildirilib.
Ölənlər barədə məlumat verilməsə də, hücumlar nəticəsində ərazidə onlarla evə ziyan dəydiyi, bəzi binalarda çatların əmələ gəldiyi, bir çox ev və iş yerlərinin şüşələrinin sındığı qeyd edilib.
Bildirilib ki, Əli Tahir meşələri müharibə başa çatdıqdan sonra dördüncü dəfədir ki, belə ağır hücumlara məruz qalıb.
Bu arada İsrail ordusu açıqlamasında Hizbullahın silah anbarları, hərbi binaları və yeraltı infrastrukturlarının hədəfə alındığını bildirib.
Bəyanatda vurğulanır ki, İsrail “təhdid elementlərini aradan qaldırmaq” səylərini davam etdirəcək.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:76
Bu xəbər 03 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















