Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı”

“İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“CNN-nin iyunun əvvəllində yaydığı qərəzli məlumat Azərbaycan – İsrail xəttində müəyyən qüvvələrin təxribat törətməyə çaslımasının aşkar təzahürü idi. İndiki situasiyada onu da anlamaq mümkündür ki, İsrail müharibə vəziyyətində olmaqla, xarici siyasətdə adekvatlığı gecikdirə bilər və ya düzgün qaydada münasibət açıqlamağı gecikdirər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

Onun sözlərinə görə, lakin CNN-nin çirkin iddiasına Azərbaycan XİN-dən verilən cavab göstərdi ki, üçüncü qüvvələr İsraildə və ABŞ-da Azərbaycanı da İran ətrafında baş verən müharibənin dağıdıcı fazasına daxil etməyə çalışırlar:

“İran – ABŞ – İsrail müharibəsi başlayandan rəsmi Bakı danışıqlar yolunu əsas çıxış nöqtəsi kimi açıqlamaqla yanaşı, mənsub olduğu regionda sabitliyin daimi tərəfdarı kimi çıxış edib. Amma “Müharibə dövründə İsrail Azərbaycana ordu yerləşdirib” kimi çirkin iddia birbaşa Azərbaycanı İranın sərhəd tanımayan zərbələri altına atmaq niyyətindən başqa bir şey deyildi. Hazırda müəyyən qənat də hasil etmək mümkündür ki, İsrail tərəfinin belə bir informasiyanın yayılımasından xəbəri olmaya bilməzdi və preventiv davranaraq yayılımasını dayandıra və ya sonradan feyk olmasını açıqlaya bilərdi, baxmayaraq ki, Azərbaycan tərəfi dərhal CNN-nin iddialarına əvvəlcədən cavab verdiyini və bu böhtanın dərc edilməyəcəyinə inanmaları ön plana çıxırdı. Göründüyü kimi, İsrailin də dəstəyi ilə Azərbaycana böhtan atılmış, onu İranın, SEPAH-ın zərbə zonasına daxil edilməsi üçün qlobal oyun təşkil etmişdilər”.

O, bildirib ki, CNN effektindən bir ay keçməmiş İsrailin baş naziri Netanyahu bu dəfə qondarma “erməni soyqırımı” məsələsini gündəmə ataraq qlobal layları tərpətməyə cəhd etdi:

“Birinci iddia ilə bağlı ilk olduğu üçün hansısa digər yozumlar mümkün olsa da, artıq ikinci faza göstərdi ki, İsraildə konkret bir qrup türk dünyası və Azərbaycanla uğraşmağa qərar verib. Türkiyə - İsrail münasibətlərinin regional çalarları və rəqabətlə bağlı, İran, əsasən də Suriya ilə bağlı toqquşmalarının tonu məlumdur və hardasa başa düşmək olardı, lakin Azərbaycan həm də o ölkə idi ki, İsraillə hərbi – strateji tərədaş olmaqla yanaşı, Türkiyə ilə qardaş dövlətdir, hərbi müttəfiqdir və birgə fəaliyyət mexanizmlərinə malikdir. Ayrıca, erməni məsələsi 30 ildən artıq ərazisi işğalda qalan Azərbaycan üçün qırmızı xəttdir. Bunu İsrailin bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı. Lakin baş nazirin tarixi həqiqətləri qərəzli qaydada çarpdırmağa çalışması ölçüyə və əndazəyə sığışası deyildi deyə, Azərbaycan XİN dərhal başqa bir açıqlama ilə İsrail adminstrasiyasının tələsik qərar qəbul etdiyini və bir daha ölçüb- biçməsini məsləhət gördü. Biz artıq iki ayda İsraildən qaynaqlanan iki yanlış mövqenin korrektəsi üçün rəsmi qaydada fikir bildirdik. Halbuki, İsrailin “erməni soyqırımı” laylası çalmağa can atdığı günlərdə erməni baş nazir Paşinyan bildirdi ki, bu məsələ siyasi oyuncaq vasitəsi deyil və yaxşı olardı ki, bir növ “öləni öldüyü yerdə qoyalar, qala”.

Politoloq bildirib ki, ikinci bir maraqlı detal isə İran prezidenti Pezeşkianla bağlı idi:

“O Azərbaycan rəhbərinə zəng edərək müharibə dövründə rəsmi Bakının Tehrana verdiyi hümanitar dəstəyə görə təşəkkür etdi. Azərbaycanın həmişə İranın yanında olduğunu bildirdi. Eyni mövqeni bu günlərdə Bakıda səfərdə olan spiker Qalibaf da bəyan etdi, o onların mövqeyi, bu da İsrailin. Nəhayət, Netanhayu İsrail deyil və dərhal dünyanın bütün nöqtlərindən baş nazirə müxtəlif yəhudi təşkilatları etiraz məktubları yolladılar və Azərbaycan kimi qiymətli, ədalətli tərəfdaşın itkisinin kompensasiya edilməyəcək həddə ola biləcəyini başa saldılar”. 

Ə.Əlibəyli İsrailin böyük ölçüdə hazırda Azərbaycandan asılı olduğunu bildirib:

“2025-ci ildə İsrail Azərbaycan neftini gündə orta hesabla 94 min barrel (təxminən 13 min ton) idxal edib. Bu, İsrailin ümumi xam neft idxalının 46,4%-ni təşkil edir və 2024-cü illə müqayisədə 31% artım deməkdir. İnfoqrafikadan da göründüyü kimi, Azərbaycan İsrail üçün 50 faiz yaşam və mövcudluq səbəbidir. Yeri gəlmişkən, hazırda müharibə aparan iki ölkəni müqayisə etmək heç də pis olmazdı. Ukraynanın neft emalı zavodlarına (NƏZ) vurduğu dron və raket zərbələri Rusiyada ciddi yanacaq qıtlığına səbəb olub. İyul 2026-cı ilə olan məlumatlara görə, ölkənin əksər regionlarında benzin və dizel problemi yaşanır. Rusiya neft emalı gücünün 15-28%-i (bəzi mənbələrə görə pikdə 20%-dən çox) zədələnib. Ukrayna tərəfi 42% itki iddia edir. Rusiya ehtiyat qabiliyyətlərdən istifadə etsə də, qıtlıq tam aradan qalxmayıb.83 regiondan demək olar ki, hamısında yanacaq kəsintisi var. Bir çox yanacaqdoldurma məntəqəsində satış məhdudlaşdırılıb - 20 litr benzin və ya 40 litr dizel bir nəfərə. Növbələr saatlarla (5-18 saat) davam edir, bəzi stansiyalar bağlanıb. Moskva, Sankt-Peterburq, Tatarstan, Krasnodar və Krım ən çox təsirlənən bölgələrdir. Qiymətlər artıb, insanlar avtomobillərini qazla işləməyə keçirir. Putin problemi “müvəqqəti” adlandırıb, hökumət isə idxal və ehtiyat paylanmasını artırmağa çalışır.Böhran Rusiyanın daxili yanacaq bazarına ağır zərbə vurub.Belə, Azərbaycandan neft nəql edən İsrail isə eyni aqibəti yaşamadı və bunun qarşılığı kimi dostanə münasibətə geri qayıtmaldır.Belə bir xoş eyhamın ilk cücərtisini isə Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurmasına dair yayılan xəbərlərdə gördük”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 İyul 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri