İsrailin hava hücumu nəticəsində üç Türkiyə vətəndaşı ölüb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşı İsrailin bölgədə həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, həlak olanların cəsədlərinin qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.
“Vətəndaşlarımızın ölümünə səbəb olan bu qanunsuz hücumu ən sərt şəkildə qınayırıq. Hər fürsətdə vurğuladığımız kimi, İsrail insan həyatını heçə sayan və bölgəmizdə gərginliyi artıran təcavüzkar siyasətinə dərhal son qoymalıdır”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:İsrailin Livanın cənubuna hava hücumu nəticəsində üç tibb işçisi ölüb
16 May 2026 02:21
İsrailin hava hücumu nəticəsində 33 fələstinli ölüb
24 Sentyabr 2025 11:31
İsrailin Livana hücumu nəticəsində yeniyetmə ölüb
07 Avqust 2025 03:54
İsrailin Livana hücumu nəticəsində 13 nəfər ölüb
26 Noyabr 2024 16:34
İsrailin Qəzzaya hücumu nəticəsində 58 nəfər ölüb
12 Avqust 2025 07:44
Baxış sayı:192
Bu xəbər 30 Yanvar 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















