İsrailin Leviafan qaz yatağında hasilat bərpa olunub
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin ən böyük qaz yatağı olan "Leviafan"da İranla müharibənin səbəb olduğu 33 günlük fasilədən sonra hasilat bərpa edilib.
Bu barədə "Bloomberg" agentliyi İsrailin ən böyük enerji şirkəti olan "Newmed Energy"dəki mənbəyə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, bir aylıq fasilə 2026-cı ildəki gözlənilən pul axınına əhəmiyyətli təsir göstərməyəcək. Layihə tərəfdaşları, həmçinin hasilatın dayandırılması ilə əlaqədar dövlətdən kompensasiya alınması imkanını araşdırmaq niyyətindədirlər.
Mənbə vurğulayıb ki, hasilatın bərpası İsrailin Energetika Nazirliyinin bu qərarın "qaçılmaz olduğu"nu bildirməsindən bir gün sonra baş tutub.
"Bloomberg"də qeyd edilib ki, "Leviafan"da işlərin bərpası Yaxın Şərqdə davam edən hücum dalğası fonunda baş verir. ABŞ Prezidenti Donald Trampın Tehranı sülh danışıqlarına məcbur etmək üçün İran infrastrukturuna zərbələr endirəcəyi ilə hədələməsindən cəmi bir neçə saat sonra İran Küveytdəki neft emalı zavoduna və su duzsuzlaşdırma qurğusuna hücum edib. Həmçinin, havada vurulmuş raket qalıqlarının düşməsi səbəbindən Əbu-Dabidəki böyük qaz emalı zavodunda yanğın baş verib.
Xatırladaq ki, "Leviafan" Aralıq dənizinin şelfində yerləşən qaz yatağıdır. "Newmed Energy" şirkəti layihənin təxminən 45 %-nə, "Chevron" 40 %-dən bir qədər az hissəsinə sahibdir, qalan hissə isə "Ratio Energies"ə məxsusdur. Burada hasil olunan qaz həm İsrailin özündə istifadə edilir, həm də ilk növbədə Misirə ixrac olunur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 03 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















