İsrailin müdafiə naziri: Livana təzyiq siyasətini davam etdirəcəyik
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
İsrail təhdidlərin qarşısını almaq üçün qətiyyətli hərəkət edəcək, Livanda və digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıdır.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
"Baş nazir Binyamin Netanyahu və mən Livanda, digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıyıq. İsrailin şimalında yaşayan sakinlərə və İsrail dövlətinə qarşı hər hansı təhdidin qarşısını almaq üçün qətiyyətli hərəkətə davam edəcəyik", - Katz İsrail Ordusunun Beyrut ərazisində dəqiq zərbəsindən sonra "X"də yazıb.
"İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - o yazıb.
Qeyd edib ki, İsrail rəhbərliyi Qəzza zolağından HƏMAS silahlılarının yəhudi dövlətinə hücum etdiyi 7 oktyabr 2023-cü ilə qədər mövcud olan reallığa qayıtmasına imkan verməyəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Noyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















