İsrailin Müdafiə Nazirliyinin binası süpersonik raketlə vurulub? Husilər hə deyir, ordu rədd edir
Icma.az bildirir, Mia.az portalına istinadən.
Son zamanlar İsrailə tez-tez uzaqmənzilli raketlərlə hücum edən Yəməndə İranın dəstəklədiyi husilər daha bir səs-küylü hücum həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qruplaşma “Fələstin 2” adını verdikləri səsdən sürətli (süpersonik) raketlə İsrail Müdafiə Nazirliyinin binasını vurduqlarını iddia edən bəyanat yaylıblar.
Bəyanatda bildirilir ki, son 12 saatda İsraiulə belə raketlərlə 3-cü sərt zərbələr endirilib.
Husi ordusunun sözçüsü Yəhya Serinin sözlərinə görə, İsrail Müdafiə Nazirliyi isə "Fələstin 2" raketi ilə vurulub.
İsrail ordusu isə iddianı təkzib edib: "Yəməndən atılan ballistik raket havada məhv edilib. Ölən və yaralanan yoxdur"
İsrail ordusunun məlumatılnda o da qeyd edillib ki, Yəməndən ölkənin cənubuna doğru yönələn PUA-lar da havada zərərsizləşdirilib.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Yanvar 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















