Icma.az
close
up
RU
İsrailin müharibə strategiyası: Qələbə, yoxsa girovların qaytarılması?

İsrailin müharibə strategiyası: Qələbə, yoxsa girovların qaytarılması?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və HƏMAS arasında davam edən müharibə təkcə hərbi qarşıdurma deyil, eyni zamanda ciddi siyasi, diplomatik və humanitar məsələləri gündəmə gətirir.

Döyüş meydanındakı nəticələr, beynəlxalq reaksiyalar və daxili ictimai rəy İsrailin siyasətini formalaşdıran əsas amillərdən biridir. Lakin son dövrlərdə İsrailin hökumət rəsmilərinin verdiyi bəyanatlar müharibənin əsas prioritetlərinin necə müəyyən edildiyi barədə mübahisələrə səbəb olub. Xüsusilə, İsrail rəsmilərinin “Müharibədə qalib gəlmək son girovu qaytarmaqdan vacibdir” kimi ifadələri bu məsələyə yeni bir baxış bucağı gətirir. Girovların qaytarılması İsrail cəmiyyətində ən həssas mövzulardan biri olduğu halda, bu siyasətin təhlükəsizlik və hərbi üstünlük naminə ikinci plana atılması nə qədər məntiqlidir? Müharibədə qələbə anlayışı necə müəyyən edilir və bu prioritetlər İsrailin gələcək strategiyasına necə təsir edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İsraillə HƏMAS arasında savaş, əslində, dayanmayıb:

"Bu, sadəcə atəşkəs dövrüdür. Sözügedən periodda da əsirlərin mübadiləsi planlaşdırılır. Bu proseslər isə nəzərdə tutulduğundan ləng edir. Ləngimənin müxtəlif səbəbləri var. Hər iki tərəf bilir ki, toqquşmaların yenidən olma ehtimalı kifayət qədər yüksəkdir. Buna görə də, hər iki aktor öz nüfuzları xatirinə vəziyyətdən istifadə etməyə çalışır. Müharibə dövründə HƏMAS-ın qüvvələrinin böyük bir qismi zərərsizləşdirilsə də, onların müəyyən bir qisminin qaldığı aşkardır. Xüsusilə də, hazırda HƏMAS-ın hərbi qanadının tam şəkildə çökdürüldüyünün şahidi oluruq".

Oktay Qasımov: İsraillə Fələstin arasında savaş hələ bitməyib

Onun sözlərinə görə, İsrail tərəfi atəşkəs rejiminə könüllü şəkildə nail olmayıb. Həmsöhbətimizin fikrincə, bu strukturun əsas formalaşdırıcısı ABŞ olub:

"Nəzərə almalıyıq ki, İsrail hökuməti HƏMAS-ı tam məhv etmədən müharibənin dayanmasını istəmir. Bu barədə həm rəsmi Təl-Əvivin rəhbərliyi, o cümlədən, dövlətin müdafiə naziri vacib bəyanatlar verir. İsrailin Milli Missiyalar naziri Orit Strokun açıqlaması da bu istiqamətdədir. İsrail tərəfi hesab edir ki, əgər atəşkəs rejimi olacaqsa, HƏMAS onlar üçün müəyyən dərəcədə təhdidlər yarada bilər. Ona görə də, İsrail hökuməti bu məsələnin kökündən həll edilməsində maraqlıdır".

O.Qasımov ABŞ-İsrail tərəflərinin görüşünü də təhlil edib. Politoloq qeyd edib ki, Tramp fələstinlilərin hüquqlarının qorunmasında çox da maraqlı deyil. O cümlədən, ABŞ rəhbəri danışıqlar yolu ilə həll məsələsində də müsbət yanaşma göstərmir.

"Donald Tramp Qəzza zolağında yaşayan şəxslərin başqa yerlərə köçürülməsini istəyir. Əslində, bu görüşdə başqa qərarların da qəbul edildiyini düşünürəm. Bu da İsrail hökumətinə hərbi əməliyyatların başlayacağı təqdirdə sərbəst hərəkət etmək üçün fürsət tanıyacaq. Bütün oxlar bu istiqamətə yönəlib ki, İsraillə Fələstin arasında savaş hələ bitməyib və istənilən anda bu müharibə yenidən alovlana bilər",- Oqtay Qasımov fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri