Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

İsrailin qələbə proqnozu: Strateji hədəflər və siyasi ritorika

İsrailin qələbə proqnozu: Strateji hədəflər və siyasi ritorika

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İsrailin strateji işlər naziri Ron Dermerin son açıqlaması yeni bir müzakirə mərhələsinin qapısını açır.

Müharibənin nə zaman başa çatacağına dair cəsarətli proqnoz regionda artmaqda olan beynəlxalq təzyiqlərin və İsrailin öz strateji hədəflərinə sadiqliyinin göstəricisidir. Lakin diqqətçəkən məqam, Dermerin bu “qələbə”nin necə əldə olunacağına və onun konkret nə anlam daşıdığına dair susqunluğudur. Münaqişənin intensivliyi, insan itkiləri və regional sabitliyə təsiri fonunda bu cür bəyanatlar həm siyasi ritorika, həm də strateji mesaj kimi dəyərləndirilə bilər. Belə olan halda, “qələbə”nin nə demək olduğu, sülhə aparan yolun hansı şərtlərlə keçəcəyini müəyyənləşdirən əsas suallardan birinə çevrilir.

Əslində, bu cür açıqlamalar İsrailin həm daxili auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesajıdır. Daxildə xalq arasında ümid və dayanıqlılıq hissini gücləndirmək məqsədi güdülürsə, xarici aləmdə bu, İsrailin planlı və nəticəyönlü bir strategiya ilə hərəkət etdiyini göstərmək istəyidir. Lakin İsrailin hərbi və siyasi rəhbərliyi “qələbə” dedikdə nəyi nəzərdə tutur? Bu, HƏMAS-ın tamamilə məhv edilməsi, yoxsa yalnız onun hərbi gücünün zəiflədilməsi anlamına gəlir? Yoxsa bu, Qəzza zolağında alternativ idarəetmə modelinin qurulması ilə bağlıdır? Bütün bu suallar hələ də cavabsızdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, İsrail rəsmisinin 12 ay sonra müharibə bitəcək bəyanatını konkret, dəyişməz bir vəd kimi qiymətləndirmək doğru olmaz. Bu cür açıqlamalar daha çox siyasi ritorika xarakteri daşıyır və ictimai rəyə yönəlmiş müvəqqəti mesajlar kimi çıxış edir:

"Əvvəllər də bənzər bəyanatlar səsləndirilib, müharibənin iki-üç ay ərzində sona çatacağına dair açıqlamalar verilib, lakin hadisələrin real inkişafı bu proqnozları doğrultmayıb. Ölənlərin sayı artmaqda davam edir, qarşıdurma isə hələ də intensiv şəkildə davam edir. Belə şəraitdə verilən bu cür “təxmini” açıqlamaların uzunmüddətli tarixi və strateji dəyəri olmur; bir neçə il sonra bu sözlərin xatırlanması belə ehtimal olunmur. Ona görə də bu kimi bəyanatlara daha çox situativ siyasi proqnoz kimi baxmaq lazımdır, real proseslərin gedişatını təyin edən həlledici faktorlar kimi yox. Bu yanaşma həm də onu göstərir ki, müharibənin taleyini müəyyən edən yalnız hərbi planlar deyil, eyni zamanda dəyişkən regional və beynəlxalq münasibətlərdir".

Kazım Kazımov: Bu tip bəyanatların səsləndirilməsi halı ilk dəfə yaşanmır

Onun sözlərinə görə, müharibənin sonunda konkret bir qələbənin tərifini verməmək, qarşıdurmaların daha uzun müddət davam edəcəyini və həllin sadə hərbi uğurla əldə olunmadığını göstərir:

"Həm də, sülh danışıqları və diplomatik həll yolları haqqında daha az danışılması, müharibə ilə bağlı fikirlərin fərqli olduğu amilini gücləndirir. Lakin Yaxın Şərq kimi mürəkkəb və çoxsaylı maraqların toqquşduğu bir regionda hərbi həllin tək başına qələbə gətirəcəyinə inanmaq böyük risk daşıyır. Bu, həm də regionun digər dövlətlərinin, beynəlxalq güclərin və hətta daxili siyasi təbəqələrin reaksiyalarını nəzərə alaraq yenidən qiymətləndirilməli bir yanaşmadır".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri