Icma.az
close
up
RU
İsrailin naziri ərəblərin qəzəbinə səbəb olub

İsrailin naziri ərəblərin qəzəbinə səbəb olub

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin maliyyə naziri Betsalel Smotriç Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması müqabilində Fələstin dövlətinin yaradılması ideyasını rədd edərkən işlət­diyi “dəvə çıxışı” ifadəsinə görə üzr istəyib.

Ölkə.Az xəbər verir ki, bu barədə 12-ci telekanal məlumat yayıb.

Diplomatik dairələrdəki yüksək vəzifəli, adı açıqlanmayan mənbə bildirib:

“Smotriçin bəyanatı Səudiyyə Ərəbistanı ilə altı ay ərzində aparılan sakit və planlı işləri korladı”.

Məlumata görə, nazir Smotriç ötən ayın əvvəlində Hindistana səfər edərkən, mediaya açıqlanmayan yerdə eniş edib. O, Dubayda olan zaman BƏƏ-nin yüksək vəzifəli rəsmisi onunla birbaşa əlaqə saxlayaraq İbrahim sazişlərinin əhəmiyyətini və bu prosesin genişlənməsinə mane ola biləcək addımların qəbuledilməzliyini izah etməyə çalışıb.

Telekanalın saytında qeyd olunur:

“Görünür, həmin rəsmi onu kifayət qədər inandıra bilməyib. Baxmayaraq ki, nazir Dubayda olarkən ətrafında səhranın və dəvələrin deyil, Ben Qurion hava limanından heç də geri qalmayan müasir aeroportun olduğunu görməliydi. Eləcə də Səudiyyə Ərəbistanında eyni mənzərə ilə qarşılaşacağını anlamalıydı”.

Xatırladaq ki, Betsalel Smotriç daha əvvəl səudiyyəlilərə “dəvələrdə gəzməyə davam edin” məzmunlu məsləhət verdiyi ifadəyə görə üzr videomüraciəti yayıb. O, videoda bildirib:

“Səudiyyə Ərəbistanı ilə bağlı açıqlamam, şübhəsiz ki, uğursuz və yersiz idi. Buna görə təəssüf edirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Oktyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see228

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see189

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see188

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see188

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see183

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see183

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see180

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see178

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see168

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri