Icma.az
close
up
RU
İsrailin növbəti HƏDƏFİ Bu dəfə hansı ölkəni VURACAQLAR?

İsrailin növbəti HƏDƏFİ Bu dəfə hansı ölkəni VURACAQLAR?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İsrail Qətərin paytaxtı Dohanın mərkəzinə zərbələr endirib.
Məlumata görə, İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib.
İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA-İsrailin daxili təhlükəsizlik agentliyi) hadisə ilə bağlı yaydığı birgə bəyanatda göstərilir ki, HAMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib.
"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, Dohaya endirilən zərbə nəticəsində HƏMAS lideri Xəlil əl-Hayya öldürülüb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından başlanan hərbi əməliyyatlar fonunda İsrail Qəzza bölgəsində HƏMAS-la yanaşı, Livanda “Hizbullah”ın mövqelərini xeyli dərəcədə zəiflətməyə nail olub. Bundan başqa, bu ilin iyulunda İranla İsrail arasında 12 günlük hərbi toqquşmalar baş verdi. İndi isə İsrail Qətərə zərbələr endirir. Hansı ki, bu ölkə İsraillə HƏMAS liderləri arasında danışıqlardan əsas vasitəçilərdən biri idi.
Belə görünür ki, İsrail planlarını reallaşdırmağa mane olan heç bir ölkəyə zərbə endirməkdən çəkinmir.
Bəs, Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin növbəti hədəfi görəsən hansı ölkə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, bu gedişlə İsrail artıq yeni hədəflər seçə bilməyəcək:
“İsrail hökumətinin hazırki siyasəti yalnız İsraildəki radikal sionist qruplar və ABŞ-da qərar tutmuş xristian sionistləri tərəfindən dəstəklənir. İsrailin iştahı böyükdür. Onlar böyük İsrail arzusundadırlar. Onların böyük İsrail Nil çayı ilə Fərat çayı arasındakı ərazilərdən ibarətdir. Ancaq bu layihə də ermənilərin uydurma layihəsi kimi reallaşmayacaq. Görünən də odur ki, Netanyahu hökuməti artıq həmin planın reallaşmasına başlayıb. İsrailin yeritdiyi və dünyaya meydan oxuyan təhlükəli siyasəti üzündən artıq bu ölkənin özü hədəfə çevrilir”.
Həmsöhbətimiz düşünür ki, İsrail xalqı Netanyahu hökumətini istefaya göndərməsə,  bu ölkəni çox ağır aqibət gözləyir:
“Netanyahu özü artıq tələdədir. Hökumətindəki iki-üç radikal partiyanın girovuna çevrilib. O, bu siyasətilə Donald Trampı da tələyə salır. Belədə, tədricən İsrailin müttəfiqləri də ondan üz döndərir. Avropanın aparıcı ölkələri İsrailin Qəzzada yürütdüyü qırğın siyasətinə qarşı çıxırlar. Bütün bunlar qarşıda İsrailin çox çətin günlərin gözlədiyini deməyə əsas verir”.
Rüfət Sultan, Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri