Icma.az
close
up
RU
İsrailin təqdim etdiyi şərtlər kifayət qədər sərtdir və HƏMAS tərəfindən qəbul olunmayacaq

İsrailin təqdim etdiyi şərtlər kifayət qədər sərtdir və HƏMAS tərəfindən qəbul olunmayacaq

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Prezidenti Donald Tramp bildirib ki, HƏMAS-a sülh təklifinə cavab vermək üçün 3-4 gün vaxt verilib. Onun sözlərinə görə, əgər HƏMAS razılaşmanı rədd edərsə, İsrail üzərinə düşəni edəcək. “Biz HƏMAS-ın sülh təklifini qəbul etməsini gözləyirik”, – Tramp vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlmasında politoloq Turab Rzayev bildirdi ki, HƏMAS-a belə bir vaxt verilib və böyük ehtimalla gözləyirlər ki, HƏMAS da bir cavab versin.

"Ancaq HƏMAS-a qarşı təqdim olunan şərtlər o qədər ağırdır ki, bu şərtlərin qəbul olunması real görünmür. Əgər qəbul edilsə, HƏMAS demək olar ki, tamamilə ləğv edilmiş vəziyyətə düşəcək. Ona görə də böyük ehtimalla buradan müsbət bir nəticə çıxmayacaq. Bu isə İsrailə yenidən hücumlarını davam etdirmək üçün bir bəhanə verəcək. İstənilən halda, artıq Qəzzada HƏMAS-ı və ümumilikdə əhalini sıxışdırmağa yönəlmiş genişmiqyaslı fəaliyyətlər müşahidə olunur. Məsələn, bundan əvvəl Britaniyanın sabiq baş nazirinin təqdim etdiyi bir sülh planı vardı. Həmin planda açıq şəkildə görünürdü ki, Qəzza əhalisinin sayı xeyli azaldılmışdı və uzaqdan idarə olunan, məhdud muxtariyyətə malik bir Qəzza modeli təqdim olunurdu. Aydındır ki, bu plan nə Qəzza əhalisini, nə də HƏMAS-ı qane edə bilər. Ən azından ona görə ki, bu 2 milyon insanın köçəcək heç bir yeri yoxdur. Onlar hara gedəcəklər? Bu, birinci sualdır. İkinci sual isə budur: əgər HƏMAS həm öz sosial bazasını, həm də idarəetməni təhvil verərsə, o zaman tam məğlubiyyətə uğrayacaq. Buna görə də hesab edirəm ki, İsrailin təqdim etdiyi şərtlər kifayət qədər sərtdir və HƏMAS tərəfindən qəbul olunmayacaq". - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri