İsrailin xarici işlər naziri: “HAMAS girovları azad etsə, silahı yerə qoysa müharibə dərhal bitər”
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İsrail bazar günü bir daha HAMAS-a təslim olmaq çağırışı edib.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, bu, yüz minlərlə fələstinlinin sığınacaq axtardığı Qəzzanın ən böyük şəhər mərkəzinə qarşı hərbi zərbələrin davam etdiyi vaxt baş verib.
Xarici işlər naziri Gideon Saar Qüdsdə jurnalistlərə bildirib ki, əgər HAMAS Qəzzada saxladığı girovları azad etsə və silahı yerə qoysa, müharibə dərhal bitə bilər.
“Biz bu məqsədə siyasi yolla nail olmağa çox məmnun olarıq”, – o deyib.
Buna cavab olaraq, HAMAS-ın yüksək vəzifəli rəsmisi Basem Naim “Reuters”ə bildirib ki, təşkilat silahı yerə qoymayacaq, lakin İsrail müharibəni dayandırıb qüvvələrini Qəzzadan çıxararsa, bütün girovları azad etməyə hazırdır. Bu, fələstinli qrupun uzun müddətdir mövqeyidir.
İsrail ordusundan agentliyə bildirilib ki, İsrail qüvvələri “Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək və İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Sentyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















