İsrailli nazir: Qəzzalıların ən azı 40% i anklavı tərk etmək istəyir
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəzza sakinlərinin ən azı 40%-i anklavdan könüllü mühacirət etməkdə maraqlıdır.
Bakıvaxtı.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.
“Biz ABŞ prezidenti Donald Trampın dünyanın müxtəlif yerlərinə köçmək istəyən Qəzzalılar üçün könüllü mühacirət imkanları təmin etmək ideyasını yerinə yetirməyə sadiqik. Araşdırmalarımız göstərir ki, Qəzzalıların ən azı 40%-i mühacirət etməkdə maraqlıdır”.
Nazirin bəyanatı bir həftə əvvəl İsrail Müdafiə Nazirliyinin tərkibində yaradılmış Qəzzadan Könüllü Köçürmə İdarəsinin rəhbərinin təyinatı ilə üst-üstə düşür. Bu quruma rəhbər Müdafiə Nazirliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik Yakov Blitşteyn təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Mart 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















