Icma.az
close
up
RU
İsrailli politoloq: Zəngəzur dəhlizi yeni mərhələdə Avrasiya əməkdaşlığının açarıdır

İsrailli politoloq: Zəngəzur dəhlizi yeni mərhələdə Avrasiya əməkdaşlığının açarıdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 avqust, AZƏRTAC

Zəngəzur dəhlizinin hər iki nəqliyyat marşrutuna - həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərinə daxil edilməsi bütövlükdə Avrasiyanın inkişafında yeni səhifə açır.

Bu barədə AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin birbaşa iştirakı ilə imzalanan memorandum səylərin əlaqələndirilməsinə xidmət edir ki, bu da artıq investorların ciddi marağını cəlb edib və region ölkələrinə kapital axınında mühüm amilə çevriləcək.

“Əlbəttə, layihənin praktiki reallaşması, infrastrukturun qurulması və mövcud hissələrin modernləşdirilməsi zaman tələb edir. Lakin qəbul edilmiş qərarın özü tarixi və qəti xarakter daşıyır. Bu addım regiondakı qüvvələr balansını dəyişir, iştirakçı dövlətlər arasında yeni səviyyədə etimad formalaşdırır, sərmayədarlarla əməkdaşlıq üçün şəffaf və qarşılıqlı faydalı model yaradır. Ən əsası isə, Mərkəzi Asiya ölkələrinə Rusiya və Çin təsirindən kənara çıxaraq Avropa ilə birbaşa işləmək imkanı açır. Bu isə region dövlətlərinə marağı kəskin şəkildə artırır”, - deyə politoloq qeyd edib.

Yuri Boçarov bildirib ki, Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat arteriyası deyil, beynəlxalq əməkdaşlığın yeni arxitekturasının açar elementidir. “Layihəyə Amerikanın dəstəyi olsa da, Rusiya da marağını qoruyur. Çünki gələcəkdə Rusiya Şimal Dəniz Marşrutunu Cənub istiqaməti ilə birləşdirərək Xəzər dənizi və İran vasitəsilə Fars körfəzinə çıxış əldə edə bilər. Bunun üçün isə Azərbaycandakı dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və İranda yarımçıq qalmış hissələrin tamamlanması vacibdir. Bu prosesdə Azərbaycan olmadan heç bir nəticə əldə etmək mümkün deyil”, - deyə ekspert vurğulayıb.

Politoloqun sözlərinə görə, məhz Azərbaycanın bu strateji marşrutların kəsişməsində yerləşməsi ölkəni Avrasiyanın və Yaxın Şərqin təbii logistika mərkəzinə çevirir. “Burada Şərqlə Qərb, Şimalla Cənub birləşir və milyardlarla dollarlıq yük və maliyyə axınının ritmi, səmərəliliyi böyük ölçüdə Azərbaycanın mövqeyindən asılı olacaq”, – deyə Y.Boçarov diqqətə çatdırıb.

O hesab edir ki, bu layihə region ölkələri qarşısında çoxşaxəli imkanlar açır. Buraya yeni çoxtərəfli əməkdaşlıq formatlarının yaradılması, siyasi etimadın və təhlükəsizliyin möhkəmlənməsi, birgə nəqliyyat-logistika şirkətləri və sənaye zonalarının təşkili, enerji və tranzit əməkdaşlığının genişləndirilməsi daxildir.

“Tam əminliklə demək olar ki, Azərbaycanın Prezidenti İlham Əliyevin ardıcıl və praqmatik siyasəti ölkəni bu qlobal layihələrin strateji mərkəzinə çevirib. Bu gün Azərbaycan bütün region üçün yeni üfüqlər açır və Cənubi Qafqazın aparıcı dövləti statusunu bir daha təsdiqləyir. Ona görə də, bəzi dairələr Zəngəzur dəhlizini “Tramp marşrutu” adlandırsalar da, əslində, bu yol Prezident İlham Əliyevin adı ilə bağlıdır. Çünki məhz onun qətiyyəti və strateji baxışı nəticəsində layihə reallığa çevrildi. Bu, onun uzaqgörənliyinin və regional inteqrasiyanın gələcəyini dəqiq hesablamasının bariz göstəricisidir”, - deyə israilli politoloq vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see182

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see141

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see140

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri