Icma.az
close
up
RU
İsrailli sabiq nazir Fransa Prezidentini sərt tənqid edib

İsrailli sabiq nazir Fransa Prezidentini sərt tənqid edib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əgər Fransa Prezidenti Emmanuel Makronun Ukraynadan tutmuş İrana kimi, eləcə də digər məsələlərdə apardığı siyasət obyektiv qiymətləndirilərsə Fransanın riyakar siyasətini və Makron hökumətinin gülüş obyektinə çevrilməsini görmək mümkündür. 

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ və beynəlxalq yəhudi diasporunun populyar nəşri “Jewish News Syndicate”də dərc olunmuş “Riyakar mövqe Emmanuel Makronu gülüş obyektinə çevirir” başlıqlı məqaləsində yazıb. Qeyd olunub ki, fransızlar üçün insan haqları öz imperiya maraqlarını genişləndirmək məqsədi daşıyan döyüş fəryadından başqa bir şey deyil. “Bloomberg”in son hesabatına görə, Fransa 2024-cü ildə Rusiyadan rekord miqdarda təbii qaz idxal edib. Bu o deməkdir ki, Makron Paris görüşündə Zelenski və Trampın yanında dayansa da, nəzəri cəhətdən Ukraynanı və Rusiyaya qarşı sanksiyaları dəstəkləsə də, əməldə bunlara riayət etmir. Axı Rusiya qazı Fransa bazarlarından bütün dünyaya satıla bilər və bu, Makronun Rusiya əleyhinə çıxışını kifayət qədər mənasız edir. Fransa bazarındakı reallıq Makronu gülüş obyektinə çevirir. 

Həmçinin diqqətə çatdırılıb ki, Fransanın riyakar mövqeyinin başqa bir nümunəsi rəsmi Parisin Tehranla sıx əlaqələridir. Ermənistanın vasitəçiliyi ilə Fransa və İran arasında geniş əməkdaşlıq mövcuddur. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanla Makron arasında keçirilən görüşdə Fransa lideri erməni həmkarına İrana mesajların çatdırılması ilə bağlı müasir üstüörtülü təlimatlar verib. Sabiq nazir Avropa İttifaqının İrana qarşı daha çox sanksiyalar tətbiq etdiyi halda, Makronun Ermənistan vasitəsilə İranla gizli danışıqlar aparmasını riyakarlıq adlandırıb.                               

Məqalədə eyni zamanda bildirilib ki, Fransanın İran və Ukraynaya qarşı yürütdüyü siyasət riyakarlığın yeganə nümunəsi deyil. Belə ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından Fransa özünün ATƏT-in Minsk Qrupundakı bitərəf vasitəçi roluna zidd, qərəzli mövqe nümayiş etdirib. Minsk Qrupu ilə əməkdaşlıq çərçivəsində Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün səylərini əsirgəməyib.

İsrailli siyasətçi yazısında Fransanın Korsika ilə yanaşı, öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən digər dənizaşırı ərazilərə qarşı da müstəmləkəçilik siyasəti apardığını vurğulayıb: “Fransızlar üçün insan haqları onların imperiya maraqlarına xidmət edən vasitədir. Beləliklə, Azərbaycanın Qarabağa haqqı yoxdur, amma fransızların başqa ölkələri müstəmləkə etmək, imperiya təsir dairəsini genişləndirmək hüququ var. Bu riyakar mövqe Makronu gülüş obyektinə çevirən daha bir misaldır”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jns.org/hypocritical-positions-makes-a-laughingstock-out-of-emmanuel-macron/ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri