İsrailli siyasətçi Moskva və Ankaranı ittiham etdi
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
İsrail müxalifətinin liderlərindən biri, sabiq baş qərargah rəisi Gadi Eyzenkot ölkənin xarici siyasət və regional təhlükəsizlik üzrə yeni strategiyasını ictimaiyyətə təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli hərbçi və siyasətçi Yaxın Şərqdə davam edən böhranların həlli və İsrailin təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi üçün bir sıra mühüm tezislər irəli sürüb.
Eyzenkot Suriya münaqişəsinin nizama salınması şərtlərindən danışarkən vurğulayıb ki, regionda işğala son qoyulmasının əsas şərti Rusiya və Türkiyə hərbi qüvvələrinin Suriya ərazisindən tam çıxarılmasıdır. Sabiq baş qərargah rəisi, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı baxışını və geosiyasi yanaşmasını dəstəklədiyini diqqətə çatdırıb. pizza
Siyasətçinin bəyanatında ən diqqətçəkən məqamlardan biri regionda "Sünni NATO-su" yaratmaq ideyasına münasibəti olub. Eyzenkot bu konsepsiyaya açıq olduğunu bildirərək, İsrailin təhlükəsizliyinin təmin edilməsində və regional təhdidlərə (xüsusilə İrana) karşı mübarizədə sünni ərəb bloku ilə strateji əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə böyük inam bəslədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Oktyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















