Icma.az
close
up
RU
İsrailLivan arasında atəşkəs sazişinin şərtləri məlum oldu

İsrailLivan arasında atəşkəs sazişinin şərtləri məlum oldu

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün İsrailin baş maziri Benyamin Netanyahu Livanda atəşkəsin təmin olunması ilə bağlı sazişi hökumətin müzakirəsinə təqdim edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Netanyahunun təqdim etdiyi saziş İsrail qoşunlarının Livandan çıxarılmasını nəzərdə tutur.
Sazişə görə “Hizbullah” silahlıları İsrailin Livanla sərhədindən təxminən 30 km məsafədə yerləşən ərazidən çıxmalı və Litani çayının qarşı tərəfinə qədər olan əraziləri tamamilə boşaltmalıdır.
Sazişin ikici əsas bəndlərindən biri isə odur ki, iki ölkə arasındakı sərhəd və sözügedən ərazilər Livan ordusunun nəzarəti altında olmalıdır.
Qeyd edək ki, yeni saziş geniş mənada BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul edilmiş və İsrailin “Hizbullah”la müharibəsinə son qoyan 1701 saylı qətnaməsinə bənzəsə də daha çox beynəlxalq dəstəyə malikdir.
Belə ki, ABŞ atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək beş dövlətdən ibarət komitəyə rəhbərlik edəcək. Bu qurum “Hizbullah”ın sazişi pozduğunu hesab edərsə, İsrailin Livana zərbə endirmək hüququnu tanıyan sənəd dərc edəcək.
Ehtimallara görə, saziş İranın dəstəklədiyi qruplaşmanı İsraillə sərhəddən uzaqlaşdıracaq və İsrail qoşunlarının çıxarılmasından sonra sərhəddə yerləşdiriləcək Livan ordusunun nizami qoşunların güclənməsini təmin edəcək.
İsrailin “Kanal 12” kanalının məlumatına görə, razılaşma 60 günlük atəşkəs və İsrailin Livanın cənubunda yaratdığı bufer zonanın ləğvini ehtiva edir.
Kanalın məlumatına görə bu müddət ərzində İsrail ordusu Livanda mövcudluğunu qoruyacaq. Livan hökuməti ölkədə silahların alınması və istehsalına nəzarət edəcək və Livan ordusu bölgədə tədricən İsrail əsgərlərini əvəz edəcək.
Saziş həmçinin 10 min Livan əsgərinin İsrailin Livanla sərhədində yerləşdirilməsinə, ABŞ və digər ölkələrin Livan ordusunun döyüş qabiliyyətini gücləndirməsinə, eyni zamanda “Hizbullah”ın hücumları nəticəsində didərgin düşmüş 60 min insanın İsrailin şimalına qayıtmasına imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Noyabr 2024 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri