Icma.az
close
up
RU
“İşsizlik şəxsin peşəkar bacarıqlarına olan inamını azaldır” PSİXOLOQ DANIŞDI

“İşsizlik şəxsin peşəkar bacarıqlarına olan inamını azaldır” PSİXOLOQ DANIŞDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

“İşsizlik, iş tapa bilməmək insana psixoloji olaraq da təsir edir. Belə ki, işsizliyin psixoloji təsirləri arasında stress, dəyərsizlik hissi, əməyə güvənin azalması, narahatlıq, əhval-ruhiyyənin pisləşməsi, sosial təcrid və digər mənfi emosional və psixoloji vəziyyətlər yer alır. Həmçinin, bu məsələ bir şəxsin özünə olan inamını, həyat məqsədlərini və sosial münasibətlərini zədələyə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, işsizlik iqtisadi, sosialoji və psixoloji problemdir: “Eyni zamanda, bir şəxsin özündə dəyərsizlik hissi yaratmağa və peşəkar bacarıqlarına olan inamını azaltmağa gətirib çıxara bilər. Bu, insanın özünü məyus və faydasız hiss etməsinə,özgüvəninin, özünə verdiyi dəyərin azalmasına gətirib çıxara bilər. Belə hallar nəticəsində müəyyən müddətdən sonra depressiv əlamətlər yaranır və insanın həyatdan zövq almasını çətinləşdirir. Həmçinin, işsiz qalan insanlar tez-tez sosial həyatdan uzaqlaşırlar, çünki sosial tədbirlərə və görüşlərə davam etmək üçün resursları yoxdur. Bu, onları tək və təcrid olunmuş hiss etdirə bilər. Burada bir məqam da təcrübə əskikliyidir, yəni işəgötürənlər tez-tez təcrübəli işçilərə üstünlük verirlər ki, bu da yeni məzunların işə qəbulunda maneə yaradır. Belə olan halda gənclər demotivasiya olur. Gənclərin işsizlik probleminin həlli üçün təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması, regionlarda iqtisadi inkişafın təşviqi və gənclərin peşə təcrübəsi qazanmasına dəstək proqramlarının həyata keçirilməsi, yeni iş yerlərinin açılması, məzunların daha tez iş tapa bilməsi üçün işə götürmə qaydalarında bəzi dəyişiklikərin olunması vacibdir məsələrdən biridir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə gənclərin işsizlik probleminin həlli üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər gənclərin məşğulluq imkanlarının artırılmasına, peşə bacarıqlarının inkişafına və əmək bazarına inteqrasiyasına yönəlib.
Belə olan halda gənclərin gələcəyə ümidi daha artır, motivasiya olur və özünü daha faydalı hiss etməyə başlayır. Həmçinin, artıq özünü sosial mühitdən, cəmiyyətdən təcrid etmir vədaha sağlam psixologiya ilə gələcəyinə ümidlə yanaşmağa başlayır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see198

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see190

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see184

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see160

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see159

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see156

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see147

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see142

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see140

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see137

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see128

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see128

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see125

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri