Icma.az
close
up
RU
İştahanı necə azaltmaq olar? Diyetoloqlardan TÖVSİYƏLƏR

İştahanı necə azaltmaq olar? Diyetoloqlardan TÖVSİYƏLƏR

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Arıqlamaq istəyən insanların əsas problemi iştahadır. İştaha ilə neçə mübarizə aparmaq olar? Aşağıda verilən sadə məsləhətlər sizə bu işdə kömək edə bilər.

1. Ac qalmayın. Aclıq insan orqanizmində müəyyən qoruyucu mexanizmləri işə salır ki, nəticədə aclıqdan çıxan insan daha çox qida qəbul etməyə başlayır.

2. Rasionunuzda sellülozla zəngin olan məhsulların həcmini artırın. Bu məhsullar insanda toxluq hissini uzadır və nəticədə iştahanı azaldır. Sellülozun əsas mənbələri: meyvə (alma, armud, şaftalı, gavalı və s.) və tərəvəzlərdir.

3. Yüksək qlikemik indeksi olan qidaların qəbulu (mayalı və qat-qat xəmirdən olan un məmulatları, tortlar, pirojnalar, kola, limonad, kartof, konfet və südlü şokolad, uzun düyü, çipsi və s.) qanda qlyükozanın səviyyəsinin kəskin yüksəlməsinə və daha sonra kəskin  enməsinə səbəb olur. Qlyükozanın səviyyəsi aşağı düşməsi insanın iştahasının artmasına gətirib çıxarır.

Aşağı qlikemik indeksi olan məhsullar isə (alma, armud, şaftalı, göbələk, yaşıl tərəvəzlər, yağsız ət, balıq, yumurta, acı şokolad və s.) əksinə iştahanı azaldır.

4. Tez-tez və az miqdarlarda qida qəbul edin. Bu iştahanın azalmasına gətirib çıxarır.

5. Qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bu halda toxluq hissin yaranması üçün sizə daha az miqdarda qida lazım olacaq.

6. Bildiyimiz kimi, yeməyin görünüşü və qoxusu insanda iştahanı artırır. Bu səbəbdən daha sadə qidalara (məsələn, şorba, tərəvəz püresi və s.) üstünlük verin.

7. Yeməyi kiçik boşqaba çəkin. Bu sadə psixoloji üsul çox yaxşı nəticələr verir.

8. Hər qida qəbulundan dərhal əvvəl 1 stəkan təmiz ilıq su için. Su mədənin bir hissəsini tutur və nəticədə toxluq hissi daha tez yaranır.

9. Hər gün tərəvəz supları yeyin. Nəticədə mədədə daha kalorili ikinci yeməklərə daha az yer qalacaq.

10. Şirniyyatlar, ağ çörək, bulka və s. bu kimi qidaları evə almayın.

11. Yaxşı əhval-ruhiyyə adətən iştahanı azaldır, stress isə əksinə artırır. Bu səbəbdən çalışın stresdən uzaq olun.

12. Kifayət qədər yatın. Yuxunun az olması iştahanı artırır.

13. Nanə, adaçayı, çobanyastığı, itburnu iştahanı azaldır. Bu otları dəmləmək və gün ərzində çay kimi içmək olar.

Mənbə: www.dietplan.ru

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri