İstanbul məhkəməsi Saraçhane etirazları ilə bağlı doqquz nəfərə bəraət verdi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul məhkəməsi şəhər meri Ekrem İmamoğlunun həbsindən sonra başlayan Saraçhane etirazları ilə əlaqədar ilk bəraət qərarını verib.
Oxu.Az "Cumhuriyet" qəzetinə istinadən xəbər verir ki, məhkəmə etiraz iştirakçılarının hərəkətlərində heç bir cinayət tərkibi olmadığını qərar verərək, doqquz nəfəri bütün ittihamlardan azad edib.
Respublika prokuroru müttəhimlərin "valiliyin qadağasına və polisin xəbərdarlığına baxmayaraq" meydanda qalmağa davam etdiklərini əsas gətirərək onların cəzalandırılmasını tələb edib.
Lakin məhkəmə bu iddiaları dəstəkləyəcək konkret dəlillərin olmadığını və "Yığıncaq və nümayişlər haqqında" qanunun 32-ci maddəsinə əsasən iddia edilən cinayətin baş vermədiyini" bəyan edib.
Bəraət alanların həbs və ya ev həbsi müddətindəki zamana görə kompensasiya tələb etmək hüququ da var.
Qeyd edək ki, Saraçhane etirazlarında iştirak etdikləri səbəbilə azı 500 nəfərə iş açılıb. Bu qərarın digər işlər üçün presedent təşkil edə biləcəyi qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Oktyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















