İstanbul və Çanaqqala boğazlarından 40 min gəmi keçib
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizdə hücumların artmasına baxmayaraq, ilin ilk yarısında İstanbul və Çanaqqala boğazlarından cəmi 40.218 gəmi keçib.
Newscenter.az xəbər verir ki, bu barədə Dəniz İşləri Baş İdarəsi məlumat verib.
Bu ilin ilk 6 ayında İstanbul boğazından keçən gəmilərin sayı 19.277, Çanaqqala boğazından keçən gəmilərin sayı isə 20.941 olaraq hesablanıb.
Keçən il, eyni dövrdə bu boğazlardan keçən gəmilərin sayı 40.988 idi. Bu gəmilərdən 19.381-i İstanbuldan, 21.607-si isə Çanaqqaladan keçmişdi.
Növlərinə görə təsnif edildikdə, boğazlardan keçən gəmilərin 13.127-si ümumi yük gəmiləri, 7.777-si toplu yük daşıyan gəmilər və 5.188-i konteyner gəmiləri idi.
Eyni dövrdə Türkiyə boğazlarından diri heyvan daşıyan 604 gəmi, nəqliyyat vasitələri daşıyan 258 gəmi və 87 sement gəmisi də keçib.
Bu dövrdə boğazlardan ümumilikdə 767,5 milyon ton gəmi keçib ki, bunun da 301,5 milyon tonunu İstanbul boğazından, 466 milyon tonunu isə Çanaqqala boğazından keçənlər təşkil edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb
15 İyun 2025 16:38
Çanaqqala keçilməz Çanaqqala meydan müharibəsinin 110 illiyinə
25 Aprel 2025 14:05
Naxçıvanda Çanaqqala sevgisi
19 Mart 2025 11:10
Çanaqqala Boğazı bağlandı
20 Aprel 2025 09:42
Çanaqqala dəniz zəfəri
18 Mart 2025 08:30
Baxış sayı:133
Bu xəbər 04 Avqust 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















