İstanbulda 70 kiloqram qızılla tutulan hərbi attaşe ilə bağlı qərar verildi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov həbs edilib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.
İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib.
Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.
Baxış sayı:135
Bu xəbər 25 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















