Icma.az
close
up
RU
İstanbulda 8 bal gücündə zəlzələ ola bilər? Məşhur professordan açıqlama

İstanbulda 8 bal gücündə zəlzələ ola bilər? Məşhur professordan açıqlama

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Zəlzələ üzrə professor doktor Şener Üşümezsoy İstanbul üçün səsləndirilən böyük zəlzələ proqnozlarına dair açıqlama verib. 

Qaynarinfo xəbər verir ki, o, 8 bal gücündə zəlzələnin baş verməsi üçün təxminən 500 kilometrlik bir qırılma xəttinin qırılmalı olduğunu bildirib və Mərmərə bölgəsində bu uzunluğun kifayət etmədiyini qeyd edib:

"8 bal gücündə zəlzələ olması üçün nə lazım olduğunu heç kim soruşmur. 500 kilometrlik bir qırlma xəttinin qırılması lazımdır. Mərmərənin uzunluğu isə 150 kilometrdir. Yəni bunun üçün 3 Mərmərə lazımdır".

O, Kahramanmaraş mərkəzli 6 fevral zəlzələlərini nümunə göstərərək həmin hadisədə təxminən 400 kilometrlik xəttin qırıldığını və bunun 7–8 bal gücündə maqnitud yaratdığını deyib.

Şener Üşümezsoy həmçinin 1999-cu il 12 noyabr Düzce (7.2) və 2025-ci il 23 aprel Silivri (6.2) zəlzələlərinə toxunaraq, əvvəlki proqnozlarının düzgün çıxdığını iddia edib. Onun sözlərinə görə, təbiətin dediyi əsasdır və sahədəki müşahidələr nəzəri modellərdən daha önəmlidir.

Alim bəzi elmi modelləri tənqid edərək, Mərmərə bölgəsində zəlzələ ssenarilərinin düzgün qurulmadığını bildirib. O, qırılma xətlərinin cədvəllə çəkilmiş kimi göstərilməsini doğru hesab etmədiyini vurğulayıb və real sahə müşahidələrinin vacibliyini qeyd edib.

İznik gölü və ətrafı ilə bağlı yayılan böyük zəlzələ ehtimallarına da münasibət bildirən Şener Üşümezsoy burada 17 avqust tipli (böyük yanal hərəkətli) bir zəlzələ gözlənilmədiyini deyib. Onun sözlərinə görə, bölgədə daha çox çökmə tipli tektonik hərəkətlər müşahidə olunur.

O əlavə edib ki, aparılan seysmik ölçmələrdə yanal qırılma hərəkəti deyil, daha çox şaquli çökmə qeydə alınır və bu səbəbdən Gemlik və İznikdə böyük miqyaslı zəlzələ ssenariləri elmi əsaslarla uyğun deyil.

Gemlik rayonunda müşahidə edilən kiçik miqyaslı zəlzələlərə də toxunan alim, bunların böyük zəlzələ yaratma potensialının olmadığını bildirib. Onun fikrincə, bu tip mikro sarsıntılar bir neçə kiçik fayın qırılması ilə bağlıdır və böyük enerji boşalmasına səbəb olmur.

O qeyd edib ki, böyük zəlzələ üçün böyük və tək parça xəttin qırılması vacibdir, bölgədə isə bu tip struktur mövcud deyil.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri