İstanbulda ana və qızı azərbaycanlı oğlanı küçədə öldürdülər FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, 16 yaşlı D.Ç. və anası G.Ç.(51) qətl hadisəsi törədib.
Hadisə saat 14:30 radələrində qeydə alınıb.
Məlumata görə D.Ç. və anası G.Ç., küçədə 25 yaşlı Rasif Hüseynov ilə qarşılaşıb və aralarında mübahisə yaranıb. Daha sonra ana ilə qızı Rasifi bıçaqlayıb.
Hadisəyə müdaxilə etməyə çalışan İ.G.(34) də bıçaqlanaraq xəsarət alıb. Çağırışa gələn təcili tibbi yardım və polis yaralılara müdaxilə edib. R.H. ağır yaralı olaraq xəstəxanaya çatdırılsa da, həyatını itirib. İ.G. isə xəstəxanada müalicə alır.
Hadisə yerində polis tərəfindən D.Ç. və G.Ç. saxlanılıb, cinayət işi açılıb və istintaq davam edir.(azmedia.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















