Icma.az
close
up
RU
Menu

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Küçədə avtobus sürücüsünü ÖLDÜRDÜLƏR HƏSSAS GÖRÜNTÜLƏR FOTO

Küçədə avtobus sürücüsünü ÖLDÜRDÜLƏR HƏSSAS GÖRÜNTÜLƏR FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində kirayədə yaşaması məlum olub. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şübhəli şəxs qismində Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Həsənov saxlanılıb. Növbəti gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səbail RPİ 39-cu və Suraxanı RPİ 31-ci polis bölmələri əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1994-cü ildə Tatarıstan Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmayan Elnur Məmmədov da tutulub.

Avtosfer.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 23-ü saat 18 radələrində Elnur Məmmədov Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında tanışı Elçin Həsənovla görüşüb. Birlikdə yaşadığı evə doğru piyada gedərkən, Bülbülə qəsəbəsində, magistral yolun kənarında "Cherry" markalı avtomobilin dayandığını və arxa oturacaqda Elşən Əmirovun Şəlalə Məmmədova ilə oturduqlarını görüblər. Maşının yanından keçib, bir az aralanıblar. Çevrilib baxanda görüblər ki, oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gediblər və orada cinsi əlaqədə olmağa hazırlaşırlar. Elşən və Şəlalə onların yaxınlaşdığını görüb narahat olublar və qaçıb avtomobilə əyləşiblər.

Uzaqlaşmağa çalışanda Elnur Məmmədov Elşən Əmirova yaxınlaşıb, maşından düşməsini tələb edib. Elnur Elşəni avtomobilin arxa hissəsində mübahisəyə təhrik edərək, yumruqla üzünə bir zərbə vurub. Elşən Əmirovun əlindən çıxıb, uzaqlaşmaq istədiyini gördükdə, Elnur üzərində gəzdirdiyi bıçağı çıxarıb, əsaslı səbəb olmadan onun bədəninə 2 dəfə zərbə endirib. Elşənin müqavimət göstərdiyini görən Elçin Həsənov yaxınlaşıb əlləri və ayaqları ilə Elşən Əmirova xəsarətlər yetirib. Bundan sonra Elnur Məmmədov bıçaqla Elşənin sinəsinə axırıncı zərbəni endirib. Nəticədə Elşən Əmirov həyatını itirib.

İş üzrə dindirilmiş Elnur Məmmədov bildirib ki, dekabrın 23-də Ramana qəsəbəsində yerləşən cərimə meydançasının yaxınlığındakı kafeyə gedib. 1 saatdan sonra oradan çıxıb:

"16 saylı cəzaçəkmə müəssisənin yaxınlığında, avtobus dayanacağında bir məhəllədə yaşadığımız Elçin Həsənovla rastlaşdım. Onunla söhbət edə-edə evimizə tərəf gedirdik. Yolun kənarında dayanmış avtomobilin yanından keçərkən maşının arxa oturacağında bir qızın başını oğlanın çiyninə qoyduğunu, oğlanın isə qızı qucaqladığını gördüm. Sükan arxasında bir kişi əyləşmişdi. Maşından təxminən 60 metr kənarlaşandan sonra Elşən Əmirovun, arxasınca da Şəlalə Məmmədovanın avtomobildən düşüb meşəlik tərəf getdiklərini gördüm. Səs gəldiyini eşidib həmin əraziyə tərəf getdik və hər ikisinin yarıçılpaq vəziyyətdə olduqlarını gördük.

Onlara çatmağa 3-4 metr qalmış oğlanla qız paltarlarını geyindilər və tez maşına doğru getdilər. Arxalarınca gedib Elşənə avtomobildən düşməsini dedim. Maşının arxa tərəfində mübahisə edərkən sürücüsü Ehtiram Əsədov da yanımıza gəldi. Elşən Əmirova "camaatın ana-bacısının burdan keçdiyini" söyləyərək, etdiyi hərəkətlə bağlı irad bildirəndə, Elşən mənə kobud cavab qaytardı. Ehtiram Əsədov məni bir qədər kənara çəkərək, sakitləşdirməyə çalışdı. Elşən məni söydüyü üçün üzünə yumruqla zərbə vurdum. Zərbənin təsirindən arxaya gedən Elşən yerdən daş götürdü.

Açılıb-qatlanan bıçaqla zərbə vurmamışdan əvvəl ona "daşı yerə atmasını" bildirdim. Lakin, Elşən "bıçağı açmısansa, vurmalısan" deyərək, mənə ağır söyüş işlətdi. Qəzəblənərək, üzərinə getdim və bədəninə xəsarətlər yetirdim. Elşənə bıçaqla birinci zərbəni vuranda, Elçin araya girib, dedi ki, vurmayım. Bıçaq zərbələrindən biri Elçinin əlinə dəydi. Elçinin qoltuğunun altına və sinəsinə zərbələr dəymişdi. Bıçaqla vurandan sonra Elşən yerə yıxılmadı. Yerdən daş götürərək bizə tərəf atdı. Mən irəlidə, Elçin isə arxamca qaçdı. 70-80 metrdən sonra çevrilib baxanda Elşənin yolun kənarındakı ağacın altında yerə çökərək, oturduğunu gördük".

Zərərçəkmiş şəxsin hüquqi varisi Teymur Əmirov ifadəsində göstərib ki, oğlu Elşən Əmirov 49 nömrəli marşrut avtobusunda sürücü işləyib:

"Dekabrın 23-də oğlumu soruşanda Ehtiram Əsədov dedi ki, Elşəni Ramana tərəfdə, yolun kənarında düşürüb evinə gedib. Ayın 24-ü gecə saat 2 radələrində polis əməkdaşı zəng edib, məni 31-ci Polis Bölməsinə dəvət etdi. Orada mənə bildirdilər ki, Elşən qətlə yetirilib".

Şahid Ehtiram Əsədov bildirib ki, dekabrın 23-ü saat 11 radələrində iş yoldaşı Elşən Əmirovla görüşüb:

"Özümün idarə etdiyim "Cherry" markalı avtomobillə birlidə 136 nömrəli marşrut avtobusunun axırıncı dayanacağına, yəni Şüvəlan qəsəbəsində "QRES" deyilən əraziyə, daha sonra 49 nömrəli avtobusun sonuncu dayanacağına getdik. Saat 18 radələrində Elşən mənə Şəlalə adlı tanışı ilə bir neçə dəqiqəlik görüşmək istədiyini dedi. Ramana qəsəbəsində yerləşən poçt şöbəsinin yanında Şəlalə avtomobilimə əyləşdi və bir az getdikdən sonra mən cəzaçəkmə müəssisəsini keçəndən sonra yolun kənarında maşını saxladım. Elşən Şəlalə ilə cinsi əlaqədə olmaq istəyirdi, onlar arxa oturacaqda bir qədər qucaqlaşıb, öpüşdülər. Həmin vaxt tanımadığımız 2 nəfər maşının içərisinə baxa-baxa keçib, ağaclığa doğru uzaqlaşdılar. Onlara əhəmiyyət vermədik.

Elşən mənə "5 dəqiqəlik maşından düş, qızla söhbət edim" dedi. Hava soyuq olduğu üçün ona maşından düşməyəcəyimi söyləyəndə, Elşən avtomobildən düşüb, təxminən 10 metr aralandı və əli ilə işarə edib qadını yanına çağırdı. Şəlalə maşından düşərək onun yanına getdi. Amma 2-3 dəqiqə keçən kimi Elşən qaça-qaça maşına tərəf gəldi. Elşən qabaq, Şəlalə isə arxa oturacaqda əyləşdilər. Arxalarınca gələn iki nəfər maşının qabaq qapısını açıb Elşənə dedilər ki, maşından düşsün. İş yoldaşım avtomobildən çıxaraq, onlarla mübahisə etməyə başladı. "İnsanların keçdiyi ərazidə cinsi əlaqədə olması ilə bağlı" irad bildirəndə, Elşən onlara qadınla sadəcə söhbət etdiyini və artıq hərəkətlər etmədiyini bildirdi. Amma Elnur Məmmədov Elşənə "yalan danışma, sən qızı ağaclığa elə-belə aparmamısan" dedi. Onları sakitləşdirməyə çalışsam da, mümkün olmadı. Qarşılıqlı söyüşlərdən sonra əlbəyaxa oldular. Elçin Həsənov yumruqla, Elnur Məmmədov isə bıçaqla Elşənə zərbələr vurdu. Sonra onlar üzü Yeni Ramana qəsəbəsi istiqamətində qaçdılar. Elşən sağ əli ilə yerdən daş götürüb, bir qədər arxalarınca qaçdı".

Məhkəmə iclasında Elnur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Elçin Həsənov özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Elnur Məmmədova Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə verilmiş ittihamdan 120.2.1-ci maddəsi xaric edilməli və ona yalnız 120.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır.

Digər şəxs - Elçin Həsənovun ittihamından Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri xaric edilməli, onun əməli 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrum olunublar.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilib. Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Mart 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see237

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see235

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see229

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see217

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see214

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see211

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see211

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see210

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see209

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see209

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see207

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see207

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see207

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see201

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see201

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see185

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see182

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see181

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see180

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri