İstanbulda İƏT in XİN Şurasının 51 ci sessiyası keçiriləcək
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində 21-22 iyunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, sessiya xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda baş tutacaq.
Toplantıda iştirak etmək üçün 40-dan çox ölkənin xarici işlər nazirlərinin İstanbula gələcəyi gözlənilir. Bu, əvvəlki görüşlərlə müqayisədə rekord sayda yüksək səviyyəli iştirakçı deməkdir.
Həmçinin, iclasda İƏT-ə üzv olan 57 ölkədən, bu təşkilata bağlı qurumlardan, müşahidəçi ölkələrdən və digər beynəlxalq təşkilatlardan 1000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















